Icma.az
close
up
RU
Pensiya yaşı azaldılır? Kişilər 62, qadınlar 60 yaşında... AÇIQLAMA

Pensiya yaşı azaldılır? Kişilər 62, qadınlar 60 yaşında... AÇIQLAMA

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Problemlərin həlli üçün ilk növbədə maliyyə dayanıqlığı və maliyyə imkanları lazımdır. Azərbaycanda bu imkanlar mövcuddur”.

Bunu Bakıvaxtı.az-a iqtisadçı-ekspert Fuad İbrahimov pensiya yaşının azaldılması ilə bağlı təklifləri dəyərləndirərkən bildirib.

Sovet dövrünün müəyyən gözəlliklərinin olduğunu deyən F.İbrahimov həmin dövrdə hər kəsin bərabər şəkildə yaşadığını qeyd edib:

“İndi dövran dəyişilib, kapitalizmin də tələbləri odur ki, hər kəs bacarığına uyğun qazanır. Amma hər kəs də bacarıqlı ola bilməz axı. Hökumət, dövlət sosialyönümlü layihələri həyata keçirməlidir. MDB məkanında bu problemlər həll olunmur. İndiyə qədər maaşlar və təqaüdlər qənaətbəxş deyil”.

Onun sözlərinə görə, MDB-nin digər ölkələrindən fərqli olaraq, bizim imkanlarımız var. Hazırkı vəziyyət elədir ki, adamların gəlirləri ilə xərcləri üst-üstə düşmür. Bu mənada cəmiyyətdə aqressivlik, diskomfort yaşanır. Keçmişdə belə məsələlər yox idi. Sosial yönümlü layihələrə 15-20 faizlik artımla deyil, köklü şəkildə dəyişiklik etməklə institusional şəkildə yanaşmaq lazımdır”.

Fuad İbrahimov: Buna imkanlarımız çatır, insanların mövcud durumu da buna tələb edir

Müsahibimiz hesab edir ki, əlbəttə, pensiya yaşını aşağı sala bilərik. Dediyinə görə, indi kişilər pensiyaya 65 yaşda çıxırlar, az qala 5-6 aya qadınların da pensiyaya çıxma yaşları 65-ə çatacaq:

“Müəyyən dəyərlərimiz mövcuddur. Kişilərlə xanılmlarda bu mənada fərqlər olmalıdır. Düzdür, indi gender bərabərliyini ortaya atıblar, bunu başa düşürük. Amma hər şeyin bir qədəri var. Hesab edirəm ki, kişilərin pensiyaya çıxma yaşı 62-yə, qadınlarınkı isə 60-a endirilsin. Bu, stimullaşdırıcı addım olardı”.

“Ölkə olaraq, buna imkanlarımız çatır. İnsanların mövcud durumu da buna tələb edir. 62, 60 təminatına gedə bilsələr, əhali bunu böyük məmnunluqla qarşılayar”, - deyə Fuad İbrahimov əlavə edib.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Aprel 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see212

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see204

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see194

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see165

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see156

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see132

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see132

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see132

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see129

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see129

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see125

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see125

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see125

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see125

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see124

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see123

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see122

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri