Pensiyaçılar bu pulla necə dolansın? Xərclər hesablandı
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Pensiya alan yaşlı insanlar üçün hər ayın büdcəsini qurmaq getdikcə daha çətin məsələyə çevrilir. Ərzaq, dərman, kommunal xidmətlər və digər gündəlik ehtiyaclar üçün ayrılan pul pensiyanın böyük hissəsini apardıqda, ayın sonunadək dolanmaq da çətinləşir.
Bəs Azərbaycanda pensiya ilə normal yaşamaq mümkündürmü?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, 320 manat pensiya ilə dolanmaq çətindir: pizza sifarişi
“Azərbaycanda Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli, 182 nömrəli qərarı var. Həmin qərarda minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər müəyyən edilib. Bunlar Azərbaycan vətəndaşının minimum tələbatlarını ödəmək üçün nəzərdə tutulub. Təbii ki, bu tələbləri 2-3 min manat pensiya alan şəxslərə də eyni şəkildə şamil etmək olmaz. Ancaq yaşlı nəslin əksəriyyəti minimum pensiya məbləğinə yaxın vəsait alır. 2026-cı ildə minimum pensiya 320 manatdır. Bu məbləği minimum istehlak səbətində nəzərdə tutulan tələbatlarla müqayisə etdikdə vəziyyət aydın görünür”.
Iqtisadçı deyib ki, minimum istehlak normalarına əsasən, bir nəfərin illik ət, süd məhsulları, yumurta və çörək tələbatı da nəzərə alınmalıdır:
“Məsələn, normativlərə əsasən, bir pensiyaçı üçün ildə 25,6 kiloqram ət və ət məhsulları nəzərdə tutulur. Bu, ayda təxminən 2,1 kiloqram edir. Ətin qiyməti isə hamımıza məlumdur. Süd və süd məhsulları üzrə illik norma 233,8 kiloqramdır. Bundan başqa, ildə minimum 100 ədəd yumurta, 107,9 kiloqram çörək və çörək məhsulları nəzərdə tutulur. Bunların hamısının xərcini hesablamaq lazımdır. Digər tərəfdən, internet də artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Məsələn, 100 Mbit/s sürətli internet paketinin aylıq qiyməti 25 manata çatıbsa, bu da hər ay ödənilməli olan əlavə xərcdir”.
Fuad İbrahimovun fikrincə, ərzaq və kommunal xərclərlə yanaşı, nəqliyyat və digər gündəlik ehtiyaclar da nəzərə alındıqda, 320 manat pensiya tələbatı qarşılamır:
“Kommunal xidmətlər üzrə də müəyyən normalar var. Həmin normativlərə əsasən, bir nəfər üçün ayda 5 kubmetr su, 21 kubmetr təbii qaz və 50 kilovat-saat elektrik enerjisi nəzərdə tutulur. Bunların hamısını üst-üstə gəldikdə, pensiyaçının gündəlik xərcləri ilə yanaşı, nəqliyyat xərclərini də nəzərə almaq lazımdır. Normativlərdə pensiyaçının gediş-gəlişi üçün də müəyyən məbləğ nəzərdə tutulur. Bütün bu xərcləri hesabladıqda sual yaranır: 320 manat pensiya bütün bu tələbatları qarşılamağa kifayət edirmi? Cavab aydındır: kifayət etmir.
Üstəlik, hələ dərman xərclərini və gözlənilməz halları nəzərə almamışıq. Evdə hansısa əşya xarab ola, məişət texnikası sıradan çıxa və əlavə xərc yarana bilər. İnsanların gündəlik həyatında gözlənilməz vəziyyətlər çox olur. İqtisadi şərait də gün ərzində dəyişə bilir və sabitlik hissi zəifləyir. Bütün bunları nəzərə aldıqda, minimum pensiya məbləğinin insanların real ehtiyaclarına uyğun gəlmədiyi görünür”.
Baxış sayı:63
Bu xəbər 19 Oktyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















