Icma.az
close
up
RU
Pensiyaçılara şad xəbər: Gələn həftə artımların məbləği bilinəcək

Pensiyaçılara şad xəbər: Gələn həftə artımların məbləği bilinəcək

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da növbəti ilin yanvarında olur. Əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” qanunun tələbidir. Bu, vətəndaşın qanunla müəyyənləşdirilmiş şəkildə haqq etdiyi məsələdir”.

KONKRET.az xəbər verir ki, bunu deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, qanunla müəyyənləşdirilmiş qaydada pensiyaların artırılması zamanı gəlib çatıb:

“Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərancam veriləcək. “Əmək pensiyaları haqqında” qanunun 29-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu o deməkdir ki, pensiyaların artımı Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilir. 2025-ci ildə əmək pensiyaları Dövlət Statistika Komitəsinin elan etdiyi 2024-cü ilin orta aylıq əməkhaqqı məbləğinin nominal artım göstəricisinə uyğun olaraq 8,1 faiz artırılmışdı. Həmin qayda ilə bu il də əmək pensiyaları bu dəfə 2025-ci ildə orta aylıq əməkhaqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək. Hələlik bu artımın dəqiqləşdirilmiş son göstəricisi yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əməkhaqqı 2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 9,3 faiz artıb. Rəsmi açıqlamalarda hələlik 9-9,2 faiz arasında artım olacağı barədə fikirlər səsləndirilir. Artımın gerçəkdən neçə faiz olacağı barəda konkret rəqəm gələn həftə, yəni fevral ayının əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsi 2025-ci il üzrə nominal əməkhaqqının orta illik artım tempini elan edən kimi, həmin göstəriciyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə fevralın əvvəllərində xüsusi Prezident sərəncamı veriləcək”.

Deputat bildirib ki, indeksləşdirmədən sonra ötən il pensiyaçıların yarıya qədərinin median pensiya səviyyəsində, yəni, 360 manat ətrafında aldığı pensiyalar təqribən 33 manat artıb 393 manata, 543 manat elan edilən orta pensiya ətrafında pensiya alanların pensiyası isə 50 manat ətrafında artıb 593 manata çatacağı gözlənilir: “”Əmək pensiyaları haqqında” qanunun tələbinə uyğun olaraq pensiya artımı əmək pensiyalarının hər üç növünə, yəni, yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara şamil ediləcək. Bu əsasda pensiya artımının 1,1 milyon pensiyaçını əhatə edəcəyi gözlənilir. Hələ 2025-ci il üzrə əməkhaqqının orta illik artım göstəricisi məlum olmadığından, pensiyaçılar bu ilin yanvar ayında da əvvəlki məbləğdə pensiya aldılar. Pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla yanvar-fevral ayları üzrə artan məbləği birlikdə fevral ayında alacaqlar. Yəni, pensiyası 400 manat olan pensiyaçının pensiyası 37 manata yaxın artaraq 437 manata çatacaq. Amma o fevralda həm yanvar və həm də fevral ayının artmlarını birlikdə almaqla 474 manat alacaq. Mart ayından başlayaraq isə 437 manata yaxın pensiya alacaq”.

Ə.Məsimli qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanunun 29.1-1 maddəsinin tələblərinə görə, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin, yəni, inflyasiyanın illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir:

“2025-ci ildə fərdi şəxsi hesablardakı pensiya kapitalları rəsmi inflyasiya göstəricisi kimi qeydə alınmış 2,2 faiz səviyyəsində indeksləşdirilərək artırılmışdı. Sözügedən qanuna əsasən, 2026-cı ildə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2025-ci ilin rəsmi inflyasiya göstəricisi səviyyəsində indeksləşdiriləcək. Bu rəqəm artıq məlumdur. 2026-cı ildə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 5,6 faiz səviyyəsində indeksləşdiriləcək. Hazırda 320 manat pensiya təminatı üçün minimum 46 080 manat pensiya kapitalı və ya 25 il iş stajı (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) tələb olunur. Fərdi hesabında minimum 46 080 manat pensiya kapitalı olan və minimum pensiya alan vətəndaşın vəsaiti bu il 2580 manat artırılıb 48 660 manata, fərdi hesabında 60 min manat olan pensiyaçının vəsiti- 3360 manat artırılaraq 63 360 manata çatacaq və s. Beləliklə, bu il əmək pensiyalarında artım 9 faiz ətrafında, vətəndaşların fərdi hesabında olan pensiya kapitalının artımı isə 5,6 faiz olacaq. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri