Pensiyalar nə qədər artacaq və artımlar nə vaxt ödəniləcək? Məbləğ və tarix
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Məlum olduğu kimi, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, hər ilin yanvar ayından əmək pensiyaları indeksasiya olunaraq artırılır.
Yeniavaz.com xəbər verir ki, əmək pensiyaları əvvəlki il üzrə orta aylıq əmək haqqında qeydə alınan artıma uyğun olaraq artırılır.
Qeyd edək ki, orta aylıq əmək haqqında qeydə alınan artım ötən ilin yanvar–oktyabr ayları üzrə açıqlanıb. Yanvar ayında ötən ilin yanvar–noyabr ayları, fevral ayında isə yanvar–dekabr ayları üzrə qeydə olunan artımlar açıqlanacaq. Bu səbəbdən də əmək pensiyalarının nə qədər artacağı gələn ay – fevral ayının ilk yarısında məlum olacaq. Artımlar məlum olduqdan sonra yanvar ayının artımı da fevral ayının əmək pensiyası ilə birgə vətəndaşlara ödəniləcək.
Onu da bildirək ki, ötən ilin yanvar–oktyabr aylarında ölkədə orta aylıq əmək haqqı üzrə 9,4%-lik artım qeydə alınıb. Əvvəlki illərin təcrübəsini nəzərə aldığımız zaman, belə görünür ki, ötən ilin yekununda orta aylıq əmək haqqında 9–10% aralığında artım olacaq. Bu isə o deməkdir ki, bu ilin yanvar ayından etibarən əmək pensiyalarında da bu həddə bir artım gözlənilir. 400 manat əmək pensiyası alan vətəndaşın pensiyasında təxminən 40 manat artım olacaq.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Pensiyalar nə vaxt ödəniləcək? RƏSMİ
09 Dekabr 2024 13:19
Pensiyalar nə vaxt artımla ödəniləcək?
28 Yanvar 2025 21:32
Bu ay pensiyalar nə vaxt ödəniləcək?
07 Fevral 2025 21:37
Aprelin 22 nə qədər bütün pensiyalar ödəniləcək
21 Aprel 2025 11:34
Pensiyalar sabah ÖDƏNİLƏCƏK
07 May 2025 10:26
Baxış sayı:43
Bu xəbər 03 Yanvar 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















