Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

“Pensiyaların gecikdirilməsi məqsədli şəkildə edilir” Üzeyir Cəfərovdan sərt İTTİHAM

“Pensiyaların gecikdirilməsi məqsədli şəkildə edilir” Üzeyir Cəfərovdan sərt İTTİHAM

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Pensiyaların hər bölgədə ayrı vaxtlarda verilməsi ilə bağlı mən bir neçə il əvvəl rəsmi qaydada Baş Prokurorluğa müraciət etmişəm. Baş Prokurorluq da müraciətimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərib. Sonuncu dəfə Baş Prokurorluqda olanda yenidən müraciət etdim ki, niyə vətəndaşın ərizəsinə belə laqeyd münasibət göstərilir və cavab verilmir? Mənə bildirildi ki, məsələ nəzarətə götürüləcək. Hətta Baş Prokurorluğun general rütbəli əməkdaşlarından biri dedi ki, bu iş araşdırılacaq. Amma təəssüf ki, bu günə qədər həmin ərizəyə cavab verilməyib. Mən əminəm ki, o ərizə nə vaxtsa ortaya çıxacaq. Bəlkə də hansısa araşdırma və ya cinayət işi çərçivəsində ona baxılacaq. Çünki məsələ kifayət qədər ciddidir".

Bu fikirləri Redaktor.az-a pensiyalarla bağlı açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirdi. Ekspert problemin nə olduğundan da bəhs etdi:

"Məsələ budur ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə pensiyalarla bağlı qrafik tətbiq edib. Əvvəllər belə qrafik yox idi. Pensiyalar üçün Maliyyə Nazirliyindən vəsait ayrılırdı, güc strukturları da həm öz əməkdaşlarının maaşını, həm də ehtiyatda və istefada olanların pensiyalarını həmin gün köçürürdülər. İndi isə Dövlət Sosial Müdafiə Fondu gəlir əldə etmək üçün pensiyaları qrafik əsasında verir. Baxın, bu gün iyun ayının 10-dur. Bakı, Abşeron və Sumqayıt üzrə pensiyaların ayın 12-də veriləcəyi elan olunub. Rayonlar, şəhərlər və xüsusi şərtlərlə pensiya alanlar üzrə isə ayın 20-si, 21-i, 22-si nə vaxt istəsələr, o vaxta planlaşdırırlar. Problem nədir? Pensiyalar gecikdirilməklə söhbət milyardlarla vəsaitdən gedir. Çünki güc strukturlarında xidmət etmiş şəxslərin pensiyaları yüksək olur. Tutaq ki, 100 min hərbçi var, onların hərəsi 1000, 2000, 3000 manat pensiya alır. Prokurorluq əməkdaşları var ki, 4000-5000 manat, hakimlər var ki, 6000-7000 manat pensiya alırlar. Nə demək istəyirəm? Bu pensiyalar məqsədli şəkildə gecikdirilir. Halbuki həmin vəsaitlər hər ilin dekabrında dövlət büdcəsi təsdiq olunanda artıq nəzərdə tutulur. O pullar büdcədə var. Biz əməkçi deyilik ki, hesablasınlar neçə gün işə getmişik, neçə gün getməmişik, nə iş görmüşük, nə görməmişik. Pensiya stabil məbləğdir. Hər ayın 1-də, maksimum 2-də verilməlidir ki, insan ayını planlaşdıra bilsin, öz ehtiyaclarını ödəsin. Çünki o pensiya artıq onun qazandığı puldur.

Siz maaş alırsınız, pulunuzu kassada və ya evdə saxlayırsınız, sonra ehtiyacınız olanda götürüb ayaqqabı alırsınız, yemək alırsınız. Çünki o sizin pulunuzdur. Bunlar isə illərdir bu hoqqanı çıxarırlar ki, guya qrafik tətbiq olunmalıdır. Qrafik nədən ötrüdür? Mən başa düşmürəm. XXI əsrdə, kompüter dövründə nə qrafik? Əgər mən stabil pensiya alıramsa, niyə mənim pensiyam 20 gün gecikdirilməlidir? Pul yoxdur? Azərbaycanda kifayət qədər pul kütləsi var. Sadəcə, pensiyaları gecikdirməklə bəzi banklar, özü də guya tender yolu ilə seçilən banklar, bundan faydalanırlar. Çox ciddi məsələlər var. Dövlət Təhlükəsizliyi Xidməti bunu araşdırsa, özü də görər ki, bəzi maraqlı şəxslər pensiyaların gecikdirilməsində banklarla əlbirdirlər və müəyyən maraqlarını təmin edirlər. Azərbaycan vətəndaşlarının böyük hissəsi banklardan yüksək faizlə kredit götürür. Kredit götürəndə hesablayır ki, məsələn, ayın 10-da ödəniş etməlidir. Dövlət Sosial Müdafiə Fondu pensiyanı gecikdirəndə isə avtomatik cəriməyə düşür və əlavə faiz ödəyir. Təsəvvür edin, 100 min adamın 50 minindən müxtəlif məbləğlərdə əlavə faiz tutulanda hansı rəqəm ortaya çıxır. Təsəvvür edin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları deyirlər ki, ay hələ başa çatmayıb, biz sizin pensiyanızı vaxtından əvvəl veririk. Bu savadsız yığnaq başa düşmür ki, o pensiya mənimdir. Bu ayın pensiyasını sən mənə gec verə bilməzsən. Bir ay gecikdirməklə böyük məbləğlər dövr edir. Mən bunun mexanizmini çox yaxşı bilirəm. Bir vaxtlar Səlim Müslümov da belə oyunlar çıxarırdı, sonra ilişdi. İndi kimin başında çatlayacaq, onu da görəcəyik".

Müsahibimiz bir daha təkrarlıdı ki, heç kimin pensiyaçının pensiyasını gecikdirməyə ixtiyarı yoxdur:

"Çünki o pensiya onun dərman puludur, qidasıdır, sağlamlığı ilə bağlı xərcləridir. Həmin vəsaiti gecikdirmək özü cinayətdir. Nə qrafik? Başa düşmürəm. Özünüz özünüzə sual verin. Bir də görün nə deyirlər. Deyirlər ki, biz vergilərdən yığılan pullarla pensiyaları ödəyirik. Adama deyərlər, vergi yığılmasa pul yoxdur? Mərkəzi Bankın ehtiyatlarında milyardlarla vəsait var. Pensiyanı ver, sonra vergini yığ. Niyə vətəndaş bundan əziyyət çəkməlidir? Sadəcə işi düzgün təşkil etmək istəmirlər. Mən bu məsələyə toxunmuşam və yenə də toxunacağam. Bu məsələ həll olunana qədər də danışacağam. Mənə deyirlər ki, hamıdan çox sənə lazımdır? Deyirəm ki, əgər efirlərə çıxıramsa, mətbuatla təmasdayamsa, bunu deməliyəm ki, bunlar düşünməsinlər, biz onların düşündüyü qədər bisavadıq. Əksinə, bisavad olan elə özləridir. Pensiyanın nə olduğunu bilmirlər. Biri İngiltərədə oxuyub, biri İsveçrədə, biri Amerikada oxuyub, özünü ağıllı hesab edir. Xeyr. Əvvəl pensiya sözünün, təqaüd anlayışının mənasını öyrən, sonra gəl idarə rəisi ol, fond rəhbəri ol, yaxud nazir ol.

Mən bilirəm, bunların hamısı Sahil Babayevin qoyduğu qaydalardır. O, nazir olanda bu sistemi qurub və kimlərisə inandırıb ki, buradan yaxşı gəlir əldə etmək olar. Bir ölkənin maliyyə naziri və ya Dövlət Sosial Müdafiə Fondunun rəhbəri çıxıb fəxrlə deyir ki, biz büdcəyə bu qədər qənaət etmişik. Dünyada belə qurumlar hökumətlə mübahisə edirlər ki, mənə əlavə vəsait verin, insanlara daha yaxşı xidmət göstərim, yeni layihələr həyata keçirim. Bunlar isə çıxıb deyirlər ki, filankəsin pensiyasını kəsdim, filankəsinkini dayandırdım. Sən kimsən ki, insanların pensiyasını dayandırırsan? Əvvəl məsələni araşdır, sübut et ki, həmin pensiya qanunsuz təyin olunub, sonra tədbir gör. Yoxsa əvvəl pensiyanı dayandırırlar, sonra illərlə araşdırma aparırlar. İnsanlar da borca girir, bəziləri özünə qəsd edir, bəziləri isə müxtəlif problemlərlə baş-başa qalır".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 İyun 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see332

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see306

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see292

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see272

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see270

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see267

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see266

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see262

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see253

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see241

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see239

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see238

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see237

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see230

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see228

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see215

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see215

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see208

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri