Pensiyaların ödənişi ilə bağlı AÇIQLAMA
Metbuat saytına istinadən Icma.az xəbər verir.
Deputat Vüqar Bayramov pensiyaların ödənişi ilə bağlı daha konkret vaxt cədvəlinin hazırlanmasını təklif edib.
Metbuat.az xəbər verir ki, deputat bildirib ki, bəzən pensiyaçıların kredit və digər ödənişləri vaxtında etməsi üçün pensiyaların eyni tarixdə ödənilməsi vacibdir:
“Bu addım borcların gecikməsinin qarşısını alar və insanların sosial xərclərini planlaşdırmasını asanlaşdırar. Mövcud texnoloji imkanlar təkmilləşdirilərsə, pensiyalar paytaxt və bölgələr üzrə fərqli vaxtlarda deyil, eyni tarixdə tam şəkildə ödənilə bilər”, – deyə o qeyd edib.
Qeyd edık ki, hazırda pensiyalar ayın əvvəlində Bakı, Sumqayıt və Abşeronda, ayın sonunda isə digər bölgələrdə ödənilir.
Baxış sayı:71
Bu xəbər 12 Sentyabr 2025 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















