Icma.az
close
up
RU
Pensiyaların verilmə tarixi dəyişir? 10 GÜN FƏRQ…

Pensiyaların verilmə tarixi dəyişir? 10 GÜN FƏRQ…

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Maaş və pensiya vəsaitlərinin vətəndaşın seçdiyi istənilən bank hesabına yönəldilməsi Azərbaycanda bank xidmətləri bazarında rəqabəti artıra bilər. Vətəndaş bankını sərbəst seçdikdə banklar müştərini saxlamaq üçün komissiyaları azaltmağa, rəqəmsal xidmətləri yaxşılaşdırmağa, kredit və digər maliyyə məhsullarını daha əlverişli şərtlərlə təqdim etməyə çalışacaqlar. Lakin bank seçmək azadlığı vacib olsa da, daha fundamental problem qalır: vətəndaş pensiyasını nə vaxt alacaq?

Bu gün pensiyaların ödənilməsi vahid tarixdə həyata keçirilmir. Bakı, Sumqayıt və Abşeronda ödənişlər adətən ayın 12-14-də, regionlarda isə ayın 19-22-də başa çatır. Halbuki pensiyaçının xərcləri ayın 12-də və ya 22-də başlamır. Ərzaq, dərman, kommunal xidmətlər, kirayə, mənzil xərcləri və kredit ödənişləri ayın ilk günündən başlayır. Belə olan halda haqlı sual yaranır: pensiyaçı ayın ilk iki-üç həftəsində gündəlik ehtiyaclarını hansı vəsait hesabına qarşılamalıdır?

Məsələ xüsusilə aşağı gəlirli pensiyaçılar üçün ağırdır. 2026-cı ilin ilk yarısında pensiya ödənişlərinə 3 milyard 916 milyon manat yönəldilib, iyulun 1-nə orta aylıq pensiya 594 manat, yaşa görə orta pensiya isə 632 manat olub. Belə böyük həcmli vəsaitin vətəndaşın hesabına nə vaxt çatması yalnız texniki məsələ deyil, sosial və maliyyə əhəmiyyətli məsələdir.

Burada başqa bir sual da ortaya çıxır: əgər pensiya ödənişlərinin maliyyələşdirilməsi üçün vəsait vaxtında dövlət büdcəsində nəzərdə tutulubsa, xəzinədarlıq və ödəniş mexanizmində gecikməyə nə ehtiyac var? Son aylarda enerji bazarında neft və qaz qiymətlərinin yüksək olması fonunda dövlətin pensiya ödənişlərini həyata keçirmək üçün vəsait çatışmazlığı yaşaması məntiqli görünmür. Əgər problem maliyyə çatışmazlığı deyil, inzibati və ya texniki mexanizmlə bağlıdırsa, bunun səbəbi ictimaiyyətə izah edilməlidir.

Başqa sözlə, pensiyaçı öz halal və qanuni gəlirini almaq üçün niyə ayın 15-20 gününü gözləməli, bu müddətdə borc axtarmalı və ya kredit götürməli, bir növ "dilənçilik" vəziyyətinə düşməlidir? Pensiya sosial təminatdırsa, onun vaxtında ödənilməsi də həmin təminatın ayrılmaz hissəsi olmalıdır.

Digər mühüm məsələ isə vəsaitin bank sistemində hərəkətidir. Əgər, məsələn, 650 milyon manat 12 gün ərzində illik 10 faiz gəlirlə yerləşdirilsəydi, nəzəri olaraq təxminən 2,14 milyon manat faiz gəliri yarana bilər. Bunun üçün vəsaitin hansı hesabda saxlanıldığı, bankların sərəncamında olub-olmadığı və həmin müddətdə gəlir yaradıb-yaratmadığı açıqlanmalıdır.

Əgər vəsait bankların sərəncamında deyilsə, gecikməni bankların qazancı ilə əlaqələndirmək düzgün olmaz. Əgər sərəncamındadırsa, bu zaman həmin vəsaitin niyə pensiyaçının hesabına daha tez köçürülmədiyi və bu müddətdə əldə edilən gəlirin kimə məxsus olduğu sualı yaranır.

Problem bununla da bitmir. Pensiyasını gözləyən vətəndaş həmin dövrdə kredit kartına, istehlak kreditinə və digər borclanma vasitələrinə müraciət edə bilər. Əgər banklar məhz pensiya ödənişlərinin gözlənildiyi günlərdə yaşlı əhali üçün kredit reklamlarını intensivləşdirirlərsə, bunun sosial tərəfi ayrıca araşdırılmalıdır. Vətəndaşın öz pulu hesabına çıxışı gecikir, eyni zamanda ona həmin gəlir əsasında borc təklif olunur. Bu, bank üçün kommersiya fəaliyyəti olsa da, sosial baxımdan ciddi sual doğurur.

Müasir ödəniş sistemlərinin real vaxt rejimində işlədiyi bir şəraitdə pensiyaların niyə regionlar üzrə 7-10 günlük fərqlə ödənildiyi də izah olunmalıdır. Əlbəttə, burada texniki və təşkilati səbəblər ola bilər. Amma rəqəmsallaşma imkanları genişləndikcə bu mexanizmin də təkmilləşdirilməsi mümkündür.

Bu baxımdan maaş və pensiya alan şəxslərə bank seçimi azadlığının verilməsi çox müsbət addım olardı. Vətəndaş istədiyi banka keçə bilməli, banklar isə "hazır müştəri"yə deyil, xidmət keyfiyyətinə görə rəqabət aparmalıdırlar. Lakin bu, problemin yalnız bir tərəfidir. İkinci və daha vacib məsələ pensiyanın vaxtında ödənilməsidir.

Optimal model ondan ibarət ola bilər ki, dövlət pensiya vəsaitini müəyyən edilmiş vahid tarixdə (ayın ilk 3 günündə) bank sisteminə çatdırsın və vətəndaş əvvəlcədən seçdiyi bank hesabında həmin vəsaitə dərhal çıxış əldə etsin. Belə olduqda həm banklar arasında rəqabət artar, həm də pensiyaçının öz pulunu həftələrlə gözləməsi problemi aradan qalxar.

Əsas məsələ şəffaflıqdır: pensiya vəsaiti nə vaxt ayrılır, xəzinədarlıqdan nə vaxt çıxır, hansı hesabda saxlanılır, banklara nə vaxt çatır və nə üçün vətəndaşın hesabına daha əvvəl köçürülmür? Bu suallara açıq cavab verilməlidir.

Pensiyaçı dövlətin və bankın müştərisi deyil, öz pulunun sahibidir. Buna görə də əsas prinsip sadə olmalıdır: vətəndaş həm bankını sərbəst seçməli, həm də öz pensiyasına vaxtında çıxış əldə etməlidir. Heç bir pensiyaçı ayın ilk 15-20 gününü ərzaq, kommunal xərc və dərman üçün borc axtararaq keçirməməlidir.

/globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Avqust 2026 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri