Icma.az
close
up
RU
Pensiyalarla bağlı xoş xəbər: detallar açıqlandı VİDEO

Pensiyalarla bağlı xoş xəbər: detallar açıqlandı VİDEO

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda dövlət pensiya sistemindən fərqli olaraq, vətəndaşların könüllü şəkildə topladığı vəsaitlərin qorunmasını təmin edən özəl pensiya fondlarının yaradılması istiqamətində işlərə başlanılıb.

Bu fondların əsas məqsədi vətəndaşların pensiya yaşına çatdıqdan sonra yalnız dövlət təminatı ilə kifayətlənməməsi, əlavə olaraq özəl fondlardan da ödənişlər alaraq maddi vəziyyətlərini yaxşılaşdırmasıdır.

Globalinfo.az İTV-yə istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, hazırda bu istiqamətdə qanunvericilik bazasının hazırlanması prosesi gedir. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanır və hökumət daxilində razılaşdırma mərhələsindədir. Gözlənilir ki, sənəd ya payız, ya da yaz sessiyasında Milli Məclisə təqdim olunsun.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Emil Əliyev bildirib ki, Avropa İttifaqının maliyyələşdirdiyi çərçivə-saziş layihəsi çərçivəsində beynəlxalq ekspertlər də prosesə cəlb ediliblər. Nazirlik nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrup hazırda layihə üzərində təkmilləşdirmə işlərini aparır.

Mütəxəssislər bildirirlər ki, dövlət pensiya sistemindən fərqli olaraq, özəl fondlar topladıqları vəsaitləri investisiya edərək artırırlar. Lakin bu vəsaitlərin harada və necə yerləşdirilməsi xüsusi qaydalarla tənzimlənəcək. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da vətəndaşların vəsaitlərinin risk altında qalmaması üçün zəmanət mexanizminin tətbiqi nəzərdə tutulur.

İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, Qərb təcrübəsinə əsasən, vətəndaşlar pensiya yaşına çatdıqda toplanmış vəsaiti ya birdəfəlik götürmək, ya da hissələrə bölünmüş şəkildə almaq imkanına malik olurlar. Üstəlik, özəl pensiya sxemlərində vərəsəlik hüququ da mövcuddur.

Mütəxəssisin sözlərinə görə, əmək bazarında rəqabət mühitinə uyğun olaraq şirkətlər işçilərinə əlavə stimullar təklif edə bilər. Necə ki, əməkhaqqı paketinə bonuslar daxil edilirsə, eyni qaydada özəl pensiya sxemi də əmək müqaviləsinə əlavə edilə bilər.

Beləliklə, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlət təminatı ilə kifayətlənməyəcək, həm də özəl pensiya fondlarından gəlir əldə etməklə daha yaxşı maddi şəraitə sahib ola biləcəklər.

Ətraflı süjetdə:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see596

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see136

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see130

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see129

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see129

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see129

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see127

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see127

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see126

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see122

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see122

“Üzüklərin hökmdarı“ filminin çəkildiyi milli parkda güclü yanğın

09 Noyabr 2025 23:49see121

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see120

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see120

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri