Icma.az
close
up
RU
Pentaqon: ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı araşdırma aparılacaq

Pentaqon: ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı araşdırma aparılacaq

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 may, AZƏRTAC

ABŞ-ın müdafiə naziri Pit Heqset 2021-ci ildə Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasının şərtlərini araşdırmaq üçün komissiyanın yaradılmasına göstəriş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun rəhbərinin X-də dərc etdiyi sənəddə deyilir.

"Son üç ay ərzində departament silahlı qüvvələrimizin tarixində baş vermiş bu fəlakətli hadisələri nəzərdən keçirir. Mən belə qənaətə gəldim ki, bu hadisələrə görə məsuliyyəti təmin etmək və Amerika xalqına tam mənzərəni təqdim etmək üçün hərtərəfli araşdırma aparmalıyıq", - sənəddə deyilir.

Heqset xatırladıb ki, 2021-ci il avqustun 26-da Kabil hava limanında törədilən terror aktı nəticəsində 13 hərbçi və 170 mülki şəxs həlak olub. O vurğulayıb ki, xüsusi komissiya əvvəlki araşdırmaların bir hissəsi kimi hazırlanmış hesabatları nəzərdən keçirməli və ABŞ tarixində "ən qaranlıq və ən ölümcül məqamlardan birinə" gətirib çıxaran qərarların qəbulu prosesini təhlil etməlidir.

2021-ci il aprel 14-də ABŞ-ın o zamankı Prezidenti Co Bayden Əfqanıstanda Amerika tarixində ən uzun xarici hərbi kampaniyaya çevrilən əməliyyatı dayandırmaq qərarına gəldiyini açıqladı. ABŞ bu müharibəyə 2001-ci ilin oktyabrında başlayıb. 2010-2013-cü illərdə əməliyyatın pik nöqtəsində Əfqanıstandakı Qərb qüvvələrinin sayı 150 min nəfəri ötüb. Amerika qoşunlarının çıxarılması 2021-ci ilin mayında başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 07:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri