Pentaqon Avropaya B 52H strateji bombardmançı təyyarələri göndərib
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
ABŞ-nin bir qrup "B-52H Stratotanker" strateji bombardmançı təyyarəsi Finlandiya, Litva, İsveç və digər müttəfiqlər, tərəfdaşlarla çoxtərəfli təlimlər keçirmək üçün İspaniyadakı Moron hava bazasına gəlib.
"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığı xəbər yayıb.
Bir gün əvvəl Luiziana ştatının Barksdeyl Hava Qüvvələri bazasından havaya qalxan Amerikanın üç B-52H bombardmançı təyyarəsi İspaniyaya gəlib.
Hərbçilər bildiriblər ki, bu cür çoxtərəfli təlimlərin bir hissəsi olaraq qüvvələrin və vasitələrin yerləşdirilməsi ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı ekipajlarına yaranan təhdidlərə sürətli reaksiya vermək üçün taktikalarını təkmilləşdirməyə və NATO-nun şərq cinahında, uzaq şimalda etibarlı maneə yaratmağa imkan verir.
Bombardmançı ekipajlar əməliyyatlar meydanında yüksək dərəcədə təhdidlərlə mürəkkəb hava məkanında hərəkətləri təqlid edən bir sıra təlim uçuşları həyata keçirəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 09 Noyabr 2025 05:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















