“Pentaqon görüşdən əvvəl “Tomaqavk”ın Ukraynaya verilməsini təsdiqləyib” − CNN
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
“Pentaqon Amerikanın uzaqmənzilli “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya çatdırılmasını təsdiqləyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Pentaqon çatdırılma ilə bağlı yekun siyasət qərarını Prezident Donald Trampa buraxıb.
Oktyabrın əvvəlində Tramp ABŞ-nin Ukraynaya “Tomaqavk”lar tədarük edə biləcəyinə eyham vurub. Lakin oktyabrın 17-də Ukrayna lideri Volodimir Zelenski ilə görüşü zamanı ABŞ prezidenti bəyan edib ki, o, Kiyevə raketlər verməməyə üstünlük verir, çünki ölkəsini müdafiə etmək üçün lazım olandan əl çəkmək istəmir.
Bundan başqa, telekanalın məlumatına görə, Pentaqon Trampın Zelenski ilə görüşündən əvvəl ehtiyatları qiymətləndirib və tədarükləri təsdiqləyib. Bu qiymətləndirmə ABŞ-nin Avropadakı müttəfiqlərini həvəsləndirib. Buna görə də, bir neçə gün sonra Tramp qəfil mövqeyindən dönəndə Amerika və Avropa rəsmiləri təəccübləndilər. ABŞ lideri özəl olaraq Zelenskiyə deyib ki, Vaşinqton Kiyevə “Tomaqavk” raketlərini verməyəcək – heç olmasa indilik. Ukrayna prezidenti deyib ki, Tramp tədarük məsələsi ilə bağlı “yox” deməyib, lakin bu günə kimi o, “hə” də deməyib.
Bu mövzuda digər xəbərlər:Pentaqon Ukraynaya “Tomaqavk” raketlərinin təhvil verilməsini təsdiqləyib
01 Noyabr 2025 00:09
Kreml Tomaqavk ın Ukraynaya mümkün tədarükündən narahatdır...
02 Oktyabr 2025 20:18
Putin Tomaqavk ın Ukraynaya mümkün tədarükündən narahatdır...
05 Oktyabr 2025 19:53
Pentaqon ABŞ ın Ukraynaya “Patriot”ları İsrail vasitəsilə göndərdiyini təsdiqlədi CNN
29 Yanvar 2025 15:03
“Tomaqavk”ın Ukraynaya verilməsi müharibənin gedişatını dəyişə bilər”...
10 Oktyabr 2025 18:14
Baxış sayı:72
Bu xəbər 31 Oktyabr 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















