Pentaqon İranla müharibədə ölən və yaralanan ABŞ hərbçilərinin sayını AÇIQLADI
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
ABŞ və İsrailin İrana qarşı başladığı əməliyyatlar çərçivəsində 415 amerikalı hərbi qulluqçu yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Pentaqonun yaydığı rəsmi məlumatda deyilir.
Qeyd olunub ki, yaralananlar arasında 271 quru qoşunlarının hərbçisi, 63 hərbi dənizçi, 19 dəniz piyadası və 62 hərbi hava qüvvələri əməkdaşı var.
Məlumata görə, xəsarət alanların əksəriyyəti artıq müalicə olunaraq yenidən xidmətə qayıdıb.
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keynin sözlərinə görə, yaralanmaların böyük hissəsi İranın pilotsuz uçuş aparatlarının hücumları nəticəsində baş verib.
Eyni zamanda, əməliyyatlar zamanı 13 ABŞ hərbçisi həyatını itirib. Onlardan altısı Küveytdə, biri Səudiyyə Ərəbistanında ölüb, digər hərbçilər isə ABŞ-a məxsus yanacaq dolduran təyyarənin qəzaya uğraması nəticəsində həlak olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 21 Aprel 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















