Pentaqon istədi, Tramp razılıq verdi: Hərbi kompleks...
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda tikilməsi planlaşdırılan Zəfər tağının qabaqcıl hərbi kompleksə çevrilməsini tapşırıb.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Vaşinqtonda tikilən möhtəşəm Zəfər tağının dronların, snayperlərin yerləşdirilməsi, saxlanılması və operativ istifadəsi, həmçinin böyük həcmdə snayper sursatının saxlanılması üçün nəzərdə tutulan yüksək səviyyəli hərbi kompleksə çevrilməsinə razılıq verdim”, –Tramp bildirib.
Onun sözlərinə görə, bu qərarı Pentaqonun müraciəti əsasında və milli təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edib.
Qeyd edək ki, iyul ayında ABŞ-ın Milli Paytaxt Planlaşdırma Komissiyası (NCPC) Trampın təklif etdiyi Vaşinqtonda 76 metr hündürlüyündə Zəfər tağının tikintisi planını ilkin olaraq təsdiqləyib.
ABŞ İncəsənət Komissiyasının rəhbəri Rodni Kuk bildirib ki, tikintinin Trampın prezidentlik müddəti başa çatana, yəni 2029-cu ilin yanvarına qədər tamamlanması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Sentyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















