Pentaqon istefaya göndəriləcək generalların siyahısını hazırlayıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin müdafiə naziri Pit Heqset, mövqeləri Tramp administrasiyasının siyasətinə zidd olan bir sıra general və admiralları işdən azad etməyi düşünür.
APA xəbər verir ki, bu barədə “NBC News” Pentaqonun iki rəsmisinə və üç konqres nümayəndəsinə istinadən məlumat yayıb.
Pentaqon rəhbərliyi bu həftənin əvvəlində Nümayəndələr Palatasının və Senatın Respublikaçı üzvləri ilə işdən çıxarıla biləcək general və zabitlərin siyahısını müzakirə ediblər.
Məlumata görə, siyahıda olanların əksəriyyəti keçmiş müdafiə naziri Lloyd Ostin ilə sıx əlaqələrə malik olub.
Generalların və zabitlərin Heqsetə daha yaxın olan və Trampın gündəliyinə daha uyğun görünən namizədlərlə əvəzlənməsi gözlənilir.
Qeyd edək ki, prezident Donald Tramp bu həftə əvvəlki administrasiya dövründə təyin edilmiş bütün federal prokurorların işdən çıxarıldığını elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 20 Fevral 2025 02:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















