Icma.az
close
up
RU
Pentaqon kəşfiyyatı Xamneiyə işləyib qalmaqal, istefalar...

Pentaqon kəşfiyyatı Xamneiyə işləyib qalmaqal, istefalar...

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın nüvə obyektlərinin ciddi zərər görməməsi haqda hesabat Ağ Evi qarışdırdı, generallar...

Müdafiə naziri Pit Heqset Pentaqonun Müdafiə Kəşfiyyat İdarəsinin (DİA) rəhbəri general-leytenant Cefri Kruzu vəzifəsindən azad edib.

Turkustan.az “Reuters”ə istinadın xəbər verir ki, Heqset ABŞ Hərbi Dəniz Qüvvələrinin Ehtiyat Qüvvələrinin rəisi və Hərbi Dəniz Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanının da istefası barədə göstəriş verib.

İşdən çıxarılmanın səbəbləri rəsmi olaraq açıqlanmayıb, lakin bu qərarlar Ağ Evin agentliyin Amerikanın İrana zərbələrinin nəticələrini qiymətləndirən hesabatını tənqid etməsindən az sonra baş verib.

İyunun sonunda, İrana qarşı Amerika-İsrail hərbi əməliyyatı başa çatdıqdan az sonra, DİA Amerikanın zərbələrinin İranın nüvə proqramını cəmi bir neçə ay geriyə saldığını bildirən hesabat yayıb.

Bu qiymətləndirmə daha əvvəl əməliyyatı “qeyri-adi hərbi uğur” adlandıran Donald Trampı qəzəbləndirib və bildirib ki, hər üç nüvə obyekt “tamamilə məhv edilib” və “terrorizmin əsas sponsoru”ndan gələn nüvə təhlükəsi aradan qaldırılıb. Müdafiə Kəşfiyyat İdarəsinin nəticələrini “tam qüsurlu” adlandırıb.

İranın nüvə obyektləri hücumlarda zərər görmədiyini bu ölkənin Ali Rəhbəri Seyid Əli Xamenei xalqa video müraciətində deyib. O bildirib ki, ABŞ nüvə obyektlərini vurub, lakin çox şey əldə edə bilməyib: “Amerikalılar nüvə obyektlərinə hücumda mühüm bir iş görə bilmədilər”.

O həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp baş verənləri çox şişirdib: “Tramp İranın nüvə obyektlərinə dəyən zərərin miqyasını şişirdib, əslində bu, kiçikdir”.

Beləliklə, Pentaqon kəşfiyyat strukturu faktiki Xamneinin dediklərini təsdiqləyən hesabat yayıb.

Pentaqona tabe Müdafiə Kəşfiyyat İdarəsi əməliyyatları dəstəkləmək üçün hərbi kəşfiyyat üzrə ixtisaslaşıb, Mərkəzi Kəşfiyyat İdarəsinə tabe olmayan müstəqil qurumdur.

Demokrat və Senatın Kəşfiyyat Komitəsinin sədr müavini, senator Mark Uorner Kruzun işdən çıxarılmasına cavab olaraq deyib ki, Tramp “kəşfiyyata ölkəmizi qoruyan bir struktur kimi deyil, sədaqət sınağı kimi yanaşmaq kimi təhlükəli vərdişinə malikdir”.

Yəni Tramp təhlilləri prezidentin mövqeyi ilə ziddiyyət təşkil edən bir sıra məmurları işdən çıxarıb. İyul ayında prezident, hesabatında iş artımının yavaşladığını göstərdikdən sonra Əmək Statistikası Bürosunun müvəkkili Erica Menturferin dərhal işdən çıxarılmasına göstəriş verib.

Aprel ayında Tramp general Timoti Honu Milli Təhlükəsizlik Agentliyinin direktoru vəzifəsindən, eləcə də Ağ Evin Milli Təhlükəsizlik Şurasının 10-dan çox üzvünü vəzifəsindən azad edib.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Avqust 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri