Icma.az
close
up
RU
Pentaqon KXDR əsgərlərinin Ukrayna müharibəsindəki effektivliyini qiymətləndirib

Pentaqon KXDR əsgərlərinin Ukrayna müharibəsindəki effektivliyini qiymətləndirib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Pentaqon Şimali Koreya əsgərlərinin Ukraynadakı effektivliyindən danışıb və Koreya Xalq Demokratik Respublikası (KXDR) ordusunun itki səviyyəsini qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinq bildirib.

O qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi Ağ Evin Rusiya Federasiyasının Kursk vilayətində Ukraynaya qarşı hərbi əməliyyatlar nəticəsində Şimali Koreyanın itkilərinin sayı ilə bağlı ilkin qiymətləndirməsi ilə razıdır.

"Ağ Ev bu yaxınlarda elan edib ki, Kursk vilayətində təxminən 1000 KXDR əsgəri ölüb və ya yaralanıb. Bu da bizim hesablamalarımızdır", - deyə Sinq qeyd edib. O əlavə edib ki, Şimali Koreya əsgərləri tərəfindən həyata keçirilən hücumlar "az effektivliyə malikdir" və Şimali Koreyalılar "əhəmiyyətli sayda" itki verir.

Bundan əvvəl Rusiya Federasiyasının Kursk vilayətində KXDR-dən 11 minə yaxın hərbçinin olduğu bildirilirdi. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, qüvvələr Rusiyanın hava-desant bölməsi və dəniz qüvvələrinin tərkibində yerləşdirilib.

Hərbi analitik Yevgeni Dikiy qeyd edib ki, Şimali Koreya lideri Kim Çen In Rusiya Federasiyasının ordusuna daha çox insan tədarük etməyə hazırdır, lakin hələlik şimali koreyalılar cəbhədəki effektivliyini əsaslandırmır.

Əvvəllər, Rusiya Federasiyasının Kursk bölgəsində məhv edilmiş Şimali Koreya əsgərinin ələ keçirilmiş dəftərindəki şifrəsi açılmış qeydlərdən məlum oldu ki, KXDR-dən müharibəyə “elitar əsgərlər” adı ilə göndərilənlər, əslində orduda müxtəlif növ cəza alan hərbçilərdir. Döyüşçülərə həmçinin deyilir ki, Rusiya tərəfindən Ukraynaya qarşı döyüşməklə onlar “vətənlərini müdafiə edirlər” və “vətən qarşısında pis əməllərinin əvəzini çıxarmaq” imkanı əldə edirlər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri