Pentaqon rəhbəri onun yerinə yeni namizəd axtarışına dair xəbərlərə münasibət bildirib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Pentaqon rəhbərinin yerinə yeni namizədin axtarışı barədə xəbərlər, Rusiya haqqında yalan məlumatları yayımlayan eyni mətbuat orqanları tərəfindən yayılır.”
APA xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib.
“Məlumat sızdıran bir neçə nəfər işdən çıxarıldı və birdən-birə, Rusiya haqqında yalan məlumatlar yayan eyni mətbuat orqanlarında bir çox sifarişli məqalələr peyda oldu. Baxın, mətbuat nə edir. Onlar anonim mənbələrdən istifadə edirlər, narazı olan keçmiş işçilərin açıqlamalarını götürürlər, sonra isə insanları qaralamağa və onların nüfuzunu zədələməyə çalışırlar,” — deyə Heqset bildirib.
O, həmçinin qeyd edib ki, bunun onun üçün heç bir əhəmiyyəti yoxdur. Çünki Pentaqondan olan narazı keçmiş işçilərin anonim qaralama bəyanatları artıq əhəmiyyət daşımır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 22 Aprel 2025 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















