Pentaqon rəhbərindən İsrailə mesaj: “Sona qədər irəliləməyə davam edin”
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin müharibə naziri Pit Heqset İsrailin həyata keçirdiyi hücumlara tam dəstək verdiyini bildirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Times of Israel qəzeti məlumat yayıb.
Məlumata görə, İsrailin müdafiə naziri İsrail Katz dünən gecə amerikalı həmkarı Pit Heqset ilə telefon danışığı aparıb. Danışıq zamanı iki ölkə orduları arasında "misli görünməmiş əməkdaşlıq”ın yüksək qiymətləndirildiyi bildirilib.
Bəyanata əsasən, Heqset İsraili dəstəklədiyini vurğulayaraq Katzı "Sona qədər irəliləməyə davam et, biz səninləyik” sözləri ilə ruhlandırıb.
Digər tərəfdən, İran tərəfindən uzunmüddətli münaqişə ehtimalı ilə bağlı sərt açıqlamalar verilib. Hatem əl-Ənbiya Mərkəzi Qərargahının komandan müavini, general Kiumars Heydəri bildirib ki, İran məqsədlərinə çatana və ABŞ-a ağır zərbələr endirənə qədər mübarizəni dayandırmayacaq.
Yarırrəsmi Tasnim xəbər agentliyinə danışan Heydəri İranın son səkkiz illik müharibə təcrübəsinə istinad edərək qeyd edib:
"Bu müharibənin neçə gün davam etməsinin bizim üçün fərqi yoxdur. Biz bu müharibəni yalnız məqsədlərimizə çatdıqda və düşmənin hərəkətlərindən peşman olmasına və ümidsizliyə düşməsinə səbəb olduqda bitirəcəyik.”
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 Mart 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















