Pentaqon rəhbərindən Ukrayna ÇAĞIRIŞI: Nə cavab verildi? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
ABŞ-ın müdafiə naziri Pit Heqset müttəfiqləri Ukrayna üçün nəzərdə tutulan “PURL” proqramına investisiyaları artırmağa çağırıb. Bu mexanizm çərçivəsində müttəfiq ölkələr ABŞ-ın Ukraynaya silah tədarükü xərclərini ödəyəcək.
KONKRET.az xəbər verir ki, İsveç, Estoniya və Finlandiya bu proqram üzrə xərcləri artırmağı öhdələrinə götürüb.
Əvəzində İspaniya, Fransa və Böyük Britaniya geri çəkildiklərinə görə tənqid ediliblər. İsveç həmçinin “Gripen” döyüş təyyarələrinin Ukraynaya verilməsi imkanını nəzərdən keçirdiyini açıqlayıb.
NATO-nun baş katibi Mark Rutte bildirib ki, mexanizm vasitəsilə indiyədək 2 milyard dollar ayrılıb. Lakin bu, prezident Volodimir Zelenskinin oktyabr ayına qədər almaq istədiyi 3,5 milyard dollardan azdır.
Kiyev Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, iyul–avqust aylarında Ukraynaya hərbi yardım ilin birinci yarısına nisbətən 43 faiz azalıb.
Müşviq Tofiqoğlu
KONKRET.az


