Icma.az
close
up
RU
Pentaqon rəsmisi haqlıdırmı: ABŞ Rusiya birbaşa qarşıdurması yarana bilər?

Pentaqon rəsmisi haqlıdırmı: ABŞ Rusiya birbaşa qarşıdurması yarana bilər?

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

"Pentaqon rəsmisi bu açıqlama ilə sadəcə mövcud risk amillərini ortaya qoyur”.

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Natiq Miri Ukrayna münaqişəsinin kəskinləşəcəyi təqdirdə, ABŞ-la Rusiya arasında birbaşa toqquşma ehtimalını şərh edərkən deyib:

"Ancaq bu, mütləq mənada Rusiya ABŞ hərbi toqquşması demək deyil. İndiki vəziyyətdə Rusiya ilə ABŞ arasında danışıqlar gedir. Moskva da ABŞ-la münasibətlər sistemini yenidən tənzimləmək istəyini ortaya qoyur. Belə bir vəziyyətdə münasibətləri yenidən tənzimləmək perspektivi mövcuddur”.

Ekspertin fikrincə, tərəflər arasında müharibə ancaq o zaman yarana bilər ki, Rusiya NATO üzvü olan ölkələrə birbaşa hərbi müdaxilə etsin:

"Yalnız bu halda qarşıdurma yarana bilər. Digər tərəfdən, Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etdiyi təqdirdə, ABŞ prosesə müdaxilə edə bilər. Hələliksə belə bir qarşıdurma üfiqdə görünmür.

Ancaq Putinin müharibə siyasəti davamlı olarsa və bu Qərbin özünə ciddi təhdid yaradarsa, bu halda da ABŞ Moskvaya qarşı ciddi qərarlar verə bilər. Təbii ki, proses Rusiyanın davranışından asılı olacaq”.

Qeyd edək ki, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində dinləmələrə hazırlanan Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəhbəri, general Qreqori Giyonun yazılı bəyanatında Pentaqonun Rusiya-Ukrayna münaqişəsinin gərginləşəcəyi təqdirdə ABŞ və Rusiya arasında birbaşa qarşıdurmanı mümkün hesab etdiyi qeyd edilib.

Generalın sözlərinə görə, ABŞ ilə onun əsas rəqiblərindən biri arasında birbaşa münaqişə ehtimalı artır. Onun təqdim etdiyi versiyaya görə, Çin, Rusiya, Şimali Koreya və İran ABŞ ilə silahlı münaqişədən qaçmağa çalışsalar da, bu ölkələrin Qərbin tənəzzülünə inanması ABŞ-a beynəlxalq arenada meydan oxumaq istəyinin artmasına səbəb olur və səhv hesablama riskini artırır.

Giyo iddia edib ki, Rusiya-Ukrayna müharibəsində münaqişənin ABŞ ilə birbaşa hərbi qarşıdurmaya gedə biləcəyi mümkün yollar qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri