Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 2 oktyabr, AZƏRTAC
Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlavə dəniz piyadaları qüvvələri göndərməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla yazıb.
Məlumata görə, bu, bölgədəki ABŞ hərbi kontingentinin daha 9-10 min nəfər artırılması deməkdir. Gəmilərin, qırıcı təyyarələrin, dəniz piyadalarının və dənizçilərin noyabrın sonunadək bölgəyə çatacağı gözlənilir.
“Theodore Roosevelt” aviadaşıyıcısı sentyabrın 27-də San-Dieqodan yola düşüb. Hazırda “George H.W. Bush” və “George Washington” aviadaşıyıcıları da Yaxın Şərqdə yerləşdirilib.
Qəzetin məlumatına görə, “George Washington” bölgədə qalarsa, ABŞ aprel ayından bəri ilk dəfə burada eyni vaxtda üç aviadaşıyıcı zərbə qrupuna malik olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 Oktyabr 2026 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















