Pentaqonda bir neçə mərtəbə bağlandı − “Təhlükəli materiallar” aşkar edildi
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
ABŞ Müdafiə Nazirliyinin Arlingtondakı qərargahının bir neçə mərtəbəsi və dəhlizi “təhlükəli materiallar hadisəsi” səbəbindən bağlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN üç mənbəyə istinadən məlumat yayb.
Məlumata görə, Pentaqon kompleksinin ikinci mərtəbəsindən beşinci mərtəbəsinə qədər olan dördüncü-yeddinci dəhlizlər bağlanıb. Personal həmin ərazilərdən təxliyə edilib. Başqa bir mənbə binadakı polis əməkdaşlarının qaz maskaları və tam kimyəvi qoruyucu vasitələr taxdığını bildirib.
Pentaqon təhlükəsizlik xidməti tərəfindən göndərilən mesajda “hava keyfiyyəti problemi” aşkarlandığı və əlavə testlərin tələb olunduğu, bunun bir-iki saat çəkə biləcəyi bildirilib.
Arlington Yanğından Mühafizə və Xilasetmə Xidmətinin açıqlamasında deyilir ki, təhlükəli materiallar üzrə qrup Pentaqona göndərilib və Pentaqon heyətinə təhlükəli material hadisəsinə cavab verməkdə kömək edir.
Bu mövzuda digər xəbərlər:Pentaqonda həyəcan: Təhlükəli maddə tapılıb KONKRET
11 İyun 2026 20:31
Pentaqonda “təhlükəli maddə” HƏYƏCANI: İşçilər təxliyə olunur
11 İyun 2026 20:18
Pentaqonda daha bir istefa
16 Aprel 2025 13:42
Papikyan Pentaqonda Ostinlə görüşüb
06 Dekabr 2024 12:04
Tramp Pentaqonda dəyişiklik edir
26 Fevral 2025 21:58
Baxış sayı:201
Bu xəbər 11 İyun 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















