Pentaqonda jurnalistlərə giriş məhdudlaşdırıldı SƏBƏB… KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
ABŞ Müdafiə naziri Pit Hegset yeni sərəncam imzalayaraq jurnalistlərin Pentaqonun əksər otaqlarına xüsusi müşayiət olmadan daxil olmasını qadağan edib. Bu qərar “məxfi kəşfiyyat məlumatları və həssas informasiyaların qorunması” ilə əsaslandırılıb.
KONKRET.az xəbər verir ki, lakin Pentaqon Mətbuat Assosiasiyası bu addımı “mətbuat azadlığına birbaşa hücum” adlandırıb. Təşkilat bəyan edib ki, jurnalistlər onilliklərdir – həm respublikaçı, həm də demokrat administrasiyaları dövründə, hətta 11 sentyabr terror aktlarından sonra belə, təhlükəsizliklə bağlı heç bir irad olmadan Pentaqonun məxfi olmayan hissələrinə sərbəst çıxış əldə ediblər.
Yeni qaydalar, müşahidəçilərin fikrincə, Pentaqonun yeni rəhbərinin mediaya qarşı sərt münasibətinin davamıdır. Xatırladaq ki, Hegset daha əvvəl mətbuat nümayəndələrini ona qarşı “kampaniya aparmaqda” və gizli məlumatların Signal messencerindəki danışıqlar vasitəsilə sızdırılmasında ittiham etmişdi.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 May 2025 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















