Pentaqonda yeni dövr Dini qurum yaradıldı
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
ABŞ Müdafiə Nazirliyində dini məsələlərlə bağlı yeni qurum yaradılıb. Qurumun birbaşa nazirə tabe olacağı və hərbçilərə dini-mənəvi dəstək göstərəcəyi açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset orduda mənəvi məsələlərlə bağlı xidmət göstərəcək “Dini İşlər Ofisi” adlı yeni bölmə yaradıldığını açıqlayıb. Heqset bildirib ki, onun göstərişi ilə yaradılan ofis birbaşa onunla əlaqə saxlayacaq. Nazir çıxışında Müqəddəs Kitabın Zəbur 33:12 ayəsinə istinad edərək deyib:
“Rəbbin Allah olduğu xalq müqəddəsdir”. pizza
Heqset yeni ofisin hərbçilərə yüksək səviyyəli dini dəstək verməsini məqsəd qoyduqlarını bildirib. Nazir həmçinin bəzi digər yeni bölmələrin yaradıldığını açıqlayıb. Onun sözlərinə görə, bütün bu qurumlar inanc olmadan tam hesab edilə bilməz. Heqset inancın ABŞ-də qurulan respublikanın ən əsas hissəsi olduğunu deyib. O, ABŞ hərbçilərinin 5 faizindən azının heç bir dini inancının olmadığını, 95 faizinin isə inanc sahibi olduğunu bildirib.
“Americans United” adlı vətəndaş cəmiyyəti təşkilatı Heqseti ABŞ ordusunda xristian millətçiliyini gücləndirməkdə ittiham edib. Təşkilat Pentaqon daxilində yaradılan yeni ofisin fərqli dini inanclara sahib hərbçilərin hüquqlarına zərər verə biləcəyindən narahatlığını ifadə edib.
Heqset əvvəllər də Pentaqonda hər ay xristian dua mərasimləri təşkil etməsi və çıxışlarında dini ifadələr işlətməsi səbəbindən müxtəlif qrupların tənqidinə məruz qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 02 Oktyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















