Pentaqondan İrana sərt hədə: Atəş açmaq və məhv etmək əmri verilib
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
"Bizim kifayət qədər vaxtımız var və nəyin bahasına olursa-olsun saziş bağlamaq niyyətində deyilik".
Turkustan.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın müharibə naziri Pit Heqset çıxış edib.
Pentaqon rəhbərinin digər mühüm açıqlamaları aşağıdakı kimidir:
Bir neçə gündən sonra ikinci aviadaşıyıcı blokadaya qoşulacaq və bu blokada artıq qlobal xarakter alıb. İran silahlı qüvvələri faktiki olaraq pirat dəstəsinə çevrilib. İranlıların son günlərdə ələ keçirdiyi bir neçə gəmi nə ABŞ-a, nə də İsrailə məxsusdur – onlar sadəcə təsadüfi gəmilərdir. Kiçik sürətli qayıqlarla yaxınlaşıb gəmiləri "Kalaşnikov" avtomatlarından atəşə tutublar. Qayığı, silahı və pis niyyəti olan hər kəs bunu edə bilər.
Komandirlərimiz üçün döyüş aparmaq qaydaları aydındır: əgər İran suya minalar düzərsə və ya hər hansı başqa yolla ABŞ-ın ticarət gəmiçiliyinə və ya qüvvələrinə təhlükə yaradarsa, biz onları məhv etmək üçün atəş açacağıq.
Biz Avropaya ümid etmirik, lakin Hörmüz boğazı onlara bizdən daha çox lazımdır. Bəlkə də onlar daha az danışmalı, Avropada pafoslu konfransların sayını azaltmalı və özləri gəmiyə minib hərəkətə keçməlidirlər. Bu, bizdən daha çox onların döyüşüdür. Avropa və Asiya onilliklər boyu bizim müdafiəmizdən bəhrələnib. Amerikanın və azad dünyanın qabiliyyətli və sadiq müttəfiqlərə ehtiyacı var. Pulsuz gəzinti (istifadə) dövrü artıq başa çatdı. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 24 Aprel 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















