Pentaqondan İranla bağlı açıqlama “Ərazidə qoşunumuz yoxdur”
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
ABŞ ordusu İranın hərbi infrastrukturunu sıradan çıxarmaq üçün pilotsuz uçuş aparatları, esminetslər, HIMARS yaylım atəşli raket sistemləri və “Tomahawk” qanadlı raketlərindən istifadə edir.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu sözləri əməliyyatların gedişatı barədə məlumat verən Pentaqon rəhbəri Pit Heqset deyib.
O, həmçinin hazırda İran ərazisində heç bir Amerika əsgərinin olmadığını, zərbələrin yalnız məsafədən endirildiyini vurğulayıb.
Nəşr yazır ki, Pentaqon rəsmiləri arasında İranın mümkün qeyri-mütənasib cavab tədbirləri ilə bağlı ciddi narahatlıqların artdığı bildirilir.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 02 Mart 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















