Icma.az
close
up
RU
Pentaqondan müdafiə şirkətlərinə xəbərdarlıq Yoxlamalar başlayır

Pentaqondan müdafiə şirkətlərinə xəbərdarlıq Yoxlamalar başlayır

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) əməkdaşlıq etdiyi müdafiə sənayesi şirkətlərinə təzyiqləri artırıb.
Bakupost.az “The Wall Street Journal” (WSJ) istinadən xəbər verir ki, nazirlik bu sahədə fəaliyyət göstərən şirkətlərin müqavilə öhdəliklərinə əməl edib-etmədiyini ətraflı şəkildə araşdırmağa başlayıb.
Məlumata görə, son günlər müdafiə şirkətlərinə göndərilən rəsmi bildirişlərdə onların mövcud kontraktlar çərçivəsində üzərlərinə düşən öhdəlikləri yerinə yetirib-yetirmədiklərinin diqqətlə yoxlanılacağı, həmçinin genişmiqyaslı performans qiymətləndirmələrinin aparılacağı vurğulanıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvar ayında imzaladığı prezident sərəncamında zəif performans göstərən müdafiə şirkətləri ilə bağlanmış müqavilələrin ləğv oluna biləcəyi barədə xəbərdarlıq etmişdi. Sərəncamda həmçinin nazirlik tərəfindən müəyyən ediləcək şirkətlərə istehsalda yaranmış gecikmələrlə bağlı düzəliş planlarını təqdim etmək üçün 15 gün vaxt veriləcəyi qeyd olunurdu.
Pentaqonun silah tədarükünə cavabdeh olan nazir müavini Maykl Daffinin fevralın 6-da şirkətlərə göndərdiyi elektron məktubda bildirilir ki, prezident sərəncamına uyğun olaraq ilkin performans yoxlamaları artıq başa çatdırılıb və indi uyğunsuzluqların müəyyən edilməsi məqsədilə daha geniş istintaq mərhələsinə keçilir.
Məktubda qeyd olunur ki, yaxın qərar dövründə müəyyən edilmiş şirkətlərlə əlaqə saxlanılacaq və onlardan istehsal problemlərinin aradan qaldırılması üçün düzəliş planlarının hazırlanması tələb olunacaq.
Pentaqonun sözçüsü Şon Parnell isə “The Hill” nəşrinə açıqlamasında bildirib ki, bu şirkətlərin istehsal güclərinin artırılmasına investisiya yatırıb-yatırmadığı da yoxlanılır. Onun sözlərinə görə, Tramp administrasiyasının bu addımlarından sonra bəzi şirkətlər artıq performanslarını yaxşılaşdırmağa başlayıblar.
“WSJ” yazır ki, müdafiə sənayesi şirkətləri bir tərəfdən Pentaqonun silah istehsalının sürətləndirilməsi tələblərini, digər tərəfdən isə investorların dividendlərlə bağlı gözləntilərini eyni vaxtda qarşılamağa çalışır.
Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Fevral 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri