Pentaqonun adı dəyişdiriləcək
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın ordunun daha sərt imicə sahib olması məqsədilə Müdafiə Nazirliyinin (Pentaqon) adını “Müharibə Nazirliyi” olaraq dəyişdirməyə dair Prezident fərmanı imzalayacağı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Fox News" Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ qanunlarına görə Tramp, Konqresdən qanun çıxmadan Müdafiə Nazirliyinin adını dəyişə bilməz.
Bu səbəbdən Trampın imzalayacağı prezident fərmanı ilə nazirliyin adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsi üçün bütün proseslərin başlanması və Pentaqonun da lazımi hazırlıqları görməsi gözlənilir.
Ağ Evin jurnalistlərə göndərdiyi gündəlik proqramda Trampın cümə günü günorta saatlarında bir açıqlama verəcəyi qeyd olunub, lakin açıqlamanın mövzusu paylaşılmayıb.
Müharibə Nazirliyi ABŞ Konstitusiyasının qüvvəyə mindiyi 1789-cu ildə qurulub, İkinci Dünya müharibəsinin bitməsindən iki il sonra, 1947-ci ildə çıxan qanunla adı Müdafiə Nazirliyi olaraq dəyişdirilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 Sentyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















