Icma.az
close
up
RU
Pentaqonun beş eks şefi Trampın orduda etdiklərini düşüncəsizlik adlandırdı

Pentaqonun beş eks şefi Trampın orduda etdiklərini düşüncəsizlik adlandırdı

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın beş keçmiş müdafiə naziri cümə axşamı prezidenti Donald Trampın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini və digər yüksək rütbəli zabitləri "düşüncəsiz şəkildə" vəzifədən uzaqlaşdırmasını pisləyib və Konqresi onların varislərinin təsdiq edilməsinin qarşısını almağa çağırıb.  

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.   

Kəskin ifadələrlə yazılmış məktubda keçmiş nazirlər Trampı siyasi baxımdan neytral olan ABŞ ordusunu partiya siyasətinin alətinə çevirmək cəhdində və işdən çıxarmalardan prezident səlahiyyətlərinə hüquqi məhdudiyyətləri aradan qaldırmaq üçün istifadə etməkdə ittiham ediblər. Bu işdən çıxarmalar ordunun, donanmanın və hava qüvvələrinin aparıcı hüquqşünaslarına da şamil edilib.  

Məktubu demokrat administrasiyalarında xidmət etmiş dörd müdafiə naziri və dəniz piyadaları qüvvələrinin istefada olan generalı, 2017–2019-cu illərdə Trampın ilk Pentaqon rəhbəri olmuş Ceyms Mettis imzalayıb.  

"Prezident Trampın addımları bizim könüllü ordumuzu zəiflədir və milli təhlükəsizliyimizi sarsıdır", – deyə onlar yazıblar.  

Mettisdən başqa məktubu imzalayanlar – Uilyam Perri, Leon Panetta, Çak Heygel və Lloyd Ostin – demokrat prezidentlər Bill Klinton, Barak Obama və Co Baydenin administrasiyalarında çalışıblar.  

Tramp işdən çıxarmalar barədə fevralın 21-də gecə saatlarında elan verib, lakin onun administrasiyası hələ də misilsiz kadr dəyişikliklərinin konkret səbəblərini izah etməyib. Bu dəyişikliklər arasında ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri, hərbi xidmətə başçılıq edən ilk qadın-zabit olan admiral Liza Françettinin vəzifədən azad edilməsi də var.  

Hərbi Hava Qüvvələrinin generalı Çarlz Braun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri olmuş ikinci qaradərili zabit idi və dördillik müddətinin yarısından az müddətində bu postda qalmışdı.  

"Trampın işdən çıxarmaları administrasiyanın ordunu siyasiləşdirmək istəyinə dair ciddi suallar yaradır. Buna görə də biz, bir çox amerikalı və hərbçilər kimi, bu rəhbər şəxslərin sırf partiya maraqları naminə işdən çıxarıldığı qənaətinə gəlməyə məcbur oluruq", – keçmiş nazirlər yazırlar.  

Ağ Ev bu məktubu şərh etmək üçün dərhal cavab verməyib.  

Pentaqonun yeni müdafiə naziri Pit Geqset Pentaqonda müxtəliflik təşəbbüslərinin əleyhdarlarından biri olaraq, general Braunun vəzifəyə yalnız qaradərili olduğu üçün təyin olunduğunu şübhə altına almışdı.  

Fox News-a verdiyi müsahibədə Geqset Braunun ləyaqətli şəxs olduğunu, lakin "hazırkı dövr üçün uyğun şəxs olmadığını" deyib və Trampın öz komandası üçün seçim etmək hüququnun olduğunu bildirib.  

Keçmiş müdafiə nazirləri ABŞ Nümayəndələr Palatasını və Senatı Trampın işdən çıxarmalarının "milli təhlükəsizliyə təsirlərini dəyərləndirmək" üçün dinləmələr keçirməyə çağırıblar.  

Məktubda xəbərdarlıq edilir ki, Pentaqondakı bu addımlar amerikalıları hərbi karyera seçməkdən çəkindirə bilər, çünki onların karyeralarının partiya siyasəti prizmasından qiymətləndiriləcəyi görünür. Bu, həmçinin "hakimiyyətə həqiqəti demək" istəyinə mənfi təsir göstərə bilər.  

Tramp Braunun yerinə keçmiş F-16 pilotu, üç ulduzlu general Dan Keyni seçib.  

Keyn dörd ulduzlu generala yüksəldiləcək və bundan sonra Senatda çətin təsdiqləmə prosesindən keçərək ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi dördillik müddətə təsdiqlənməlidir.  

"Senatorlar Pentaqondan irəli sürülən istənilən yeni namizədin, o cümlədən istefada olan general-leytenant Dan Keynin Birləşmiş Qərargah Rəisləri Komitəsinin yeni sədri postuna namizədliyinin təsdiqindən imtina etməlidirlər", – keçmiş müdafiə nazirləri bildiriblər.  

Trampın siyasətinə zidd bəyanatlar vermiş bir neçə generalın vəzifədən azad ediləcəyi daha əvvəl KİV-də dərc edilmişdi.  

Eyni zamanda, Geqset Pentaqon və silahlı qüvvələr rəhbərliyinə qarşıdakı beş il ərzində müdafiə büdcəsinin hər il 8% azaldılması ilə bağlı planlar hazırlamağı tapşırıb.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri