Pentaqonun rəhbəri ilə İsrailin müdafiə naziri arasında telefon danışığı olub
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Söhbət zamanı ABŞ İsrailin təhlükəsizliyinin təmin edilməsinə sadiqliyini bir daha təsdiqləyib
Pentaqonun rəhbəri (ABŞ-ın müdafiə naziri) Lloyd Ostin israilli həmkarı İsrael Katz ilə telefon danışığı aparıb. AYNA-nın xəbərinə görə, Ostin bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd edib ki, söhbət zamanı ABŞ İsrailin təhlükəsizliyinin təmin edilməsinə sadiqliyini bir daha təsdiqləyib: “Mən vurğuladım ki, noyabrın 26-da İsrail və Livanın “Hizbullah” hərəkatının qəbul etdiyi atəşkəs qərarı regionda davamlı sakitliyi bərpa edə və İsrail-Livan sərhədinin hər iki tərəfindəki sakinlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yarada bilər”.
Nazir həmçinin qeyd edib ki, ABŞ atəşkəs rejiminə əməl olunmasını dəstəkləmək üçün beynəlxalq tərəfdaşlarla sıx məsləhətləşmələr aparır.
“Birləşmiş Ştatlar dinc və əhatəli siyasi keçidi dəstəkləyir. Mən Suriyadakı hadisələrlə bağlı ABŞ və İsrail arasında sıx məsləhətləşmələrin vacibliyini vurğuladım. Həmçinin ABŞ-ın Qəzzadakı bütün girovları, o cümlədən Amerika vətəndaşlarını azad etmək öhdəliyini qeyd etdim”, - deyə Pentaqon rəhbəri vurğulayıb.
Ostin həmçinin İsrail hökumətini Qəzzada ağır humanitar vəziyyətin yaxşılaşdırılması üçün addımlar atmağa davam etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 13 Dekabr 2024 07:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















