Icma.az
close
up
RU
Pərakəndə ticarət dövriyyəsi 4% artıb

Pərakəndə ticarət dövriyyəsi 4% artıb

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9241,2 milyon manatlıq, o cümlədən 5066,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4174,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 6,2 faiz artıb.

Yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,0 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 15,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6 faiz, fərdi sahibkarlar üzrə 1,7 faiz, bazar və yarmarkalarda isə 3,4 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 451,8 manatlıq, o cümlədən 247,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 204,1 manatlıq qeyri-ərzaq malları alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Mart 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see442

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see414

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see278

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see249

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see222

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see203

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see202

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see201

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see199

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see186

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see182

Qurbanov: “Buna çox sevinirəm”

17 İyul 2026 02:00see177

ÇSKA ilə oyunlara daha yaxşı hazırlaşmalıyıq, çünki komandada hələ də müəyyən çatışmazlıqlar var Qurban Qurbanov

17 İyul 2026 02:42see175

Küveyt səmasında 32 İran dronu vurulub

17 İyul 2026 02:49see173

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see163

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see163

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see161

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see161

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see159

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri