Pereiranın komandası uduzdu 15 dəqiqəyə 3 qol vuruldu
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərə Premyer Liqasının 28-ci turunda Türkiyə yığmasının futbolçusu Ferdi Kadıoğlunun formasını geyindiyi "Brayton" doğma meydanında Vitor Pereiranın baş məşqçilik elədiyi "Nottingem Forest"i qəbul edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Brayton" "Nottingem Forest"i evinə əliboş göndərib - 2:1.
Məlmat üçün qeyd edək ki, hər üç qol ilk 15 dəqiqədə vurulub. "Brayton"un qollarına Dieqo Qomez və Denni Uelbek, "Nottingem"in yeganə qoluna isə Morqan Gibbs-Uayt imza atıb.
"Brayton"da Ferdi Kadıoğlu start heyətində meydana çıxıb və sonadək meydanda qalıb.
Bu qələbə ilə "Brayton"un xalı 37-yə çatıb. Liqada qələbəsiz seriyası 5 oyuna çatan Vitor Pereiranın komandası isə 27 xalda qalıb.
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 02 Mart 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















