Icma.az
close
up
RU
Perinatal Mərkəzdəki YANĞIN işi yekunlaşır Prokuror bu CƏZANI tələb etdi

Perinatal Mərkəzdəki YANĞIN işi yekunlaşır Prokuror bu CƏZANI tələb etdi

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabah, mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Moderator.az xəbər verir ki, ötən prosesdə prokuror mərkəzin sabiq direktoru və digər vəzifəli şəxslərin həbsini tələb edib.

Dövlət ittihamçısı məhkəmədən xahiş edib ki, hər 3 təqsirləndirilən şəxs 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilsin.

Cəzanın müddətinə gəlincə, prokuror direktor Mehriban Abasquliyevanın 8 il, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin 7 il, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayevin 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalarını istəyib. Prokuror, həmçinin, hazırda azadlıqda olan təqsirləndirilən şəxslərin elə məhkəmə zalındaca həbs olunmasını tələb edib.

İstintaq materiallarına görə, faciəyə səbəb müəssisənin elektrik təsərrüfatının həddindən artıq yüklənməsi olub. Bildirilir ki, direktor Mehriban Abasquliyeva təyin edildikdən sonra mərkəzin texniki potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırıb. Bu isə elektrik xətlərində qısaqapanmaya və nəticədə 4-cü mərtəbədə yerləşən Yeni doğulmuşların intensiv terapiya bölməsində yanğına yol açıb. Müttəhimlər ittihamı qəbul etmirlər.

Xatırladaq ki, məşum olay 2024-cü il yanvarın 9-da baş verib. Həmin yanğın zamanı 7 körpə tüstüdən boğularaq həyatını itirib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Müəssisəyə dəyən maddi ziyanın miqdarı isə 361 min manat olaraq qiymətləndirilir.

Prokurorun çıxışından sonra vəkillər müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər. Sabah məhkəmə prosesi davam edəcək. İclasda müdafiə tərəfinin çıxışları dinləniləcək. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 May 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri