Icma.az
close
up
RU
“Perminov Azərbaycanla yox, seçicilərinin problemləri ilə məşğul olmalıdır” DEPUTATDAN SƏRT REAKSİYA

“Perminov Azərbaycanla yox, seçicilərinin problemləri ilə məşğul olmalıdır” DEPUTATDAN SƏRT REAKSİYA

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiyanın Leninqrad bölgəsini təmil edən senator Sergey Perminov, Azərbaycan Respublikası Prezidentinin Səudiyyə Ərəbistanın “Əl Ərəbiya” televiziya kanalına verdiyi müsahibə ilə bağlı bəzi fikirlərini bölüşərkən, əslində cənab Prezidentin səsləndirdiyi tarixi faktları təhrif etmiş və həmin müsahibədə vurğulanan məqamlardan neqativ şəkildə yararlanaraq, Azərbaycana qarşı əsassız iddialar irəli sürmüşdür”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

“Cənab Prezidentin “Əl- Ərəbiya” kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər sırf tarixi aspektdən məşhur ərəb televiziya kanalının və ümumiyyətlə dünya ictimaiyyətinin və həmin kanalın tamaşaçılarının Azərbaycan, onun tarixi, xalqımızın üzləşdiyi faciələr və müsibətlər barədə tarixi və elmi baxımdam məlumatlandırılması məqsədini daşımışdır.

Cənab prezident burada sadəcə Azərbaycanın 1918-ci ildə qurduğu müstəqil dövlət, sonradan onun bolşeviklər tərəfindən işğal edilməsi və bu kimi oxşar səpkidə tarixi aspektlərə toxunmuş, ümumilikdə isə regionla, keçmiş Ermənistan – Azərbaycan münaqişəsi və münaqişədən sonrakı məsələlər ilə bağlı müsbət və konstruktiv kontekstdə müsahibə vermiş, öz mövqeyini bölüşmüşdür. Necə ki, cənab Prezident zaman-zaman dünyanın tanınmış televiziya kanalları və nüfuzlu media qurumlarına müsahibələr verərək, öz fikirlərini geniş ictimaiyyətlə paylaşır. Bu səbəbdən də burada hər hansı təəccüblü və ya neqativ məqam axtarmağa heç bir əsas yoxdur.

Leninqrad bölgəsini təmsil edən senator Sergey Perminov üçün isə daha məqsədəuyğun olardı ki, diqqətini öz seçki dairəsinə, seçicilərin problemlərinin həllinə yönəltsin və qonşu, müstəqil dövlətin liderinin televiziya müsahibələri ilə bağlı əsassız mülahizələr irəli sürməkdən çəkinmiş olsun”.

Deputatın sözlərinə görə, belə əsassız fikirlərin səsləndirilməsi ikitərəfli münasibətlərdə əlavə gərginlik yaradır:

“Bu tamamilə yersiz və lüzumsuz müdaxilədir. Hər bir ölkə lideri, hər bir siyasətçi öz dövlətinin tarixi, hüquqi, iqtisadi, sosial və siyasi məsələləri barədə fikirlərini bölüşmək haqqına malikdir. Cənab Prezident də bu hüquqdan istifadə edərək, həm milli, həm də beynəlxalq auditoriyaya Azərbaycanın mövqeyini çatdırır və bu sahədə bütün vətəndaşlarımız üçün nümunə rolunu oynayır.

Onun istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də müharibədən sonrakı dövrdə verdiyi müsahibələr təkcə siyasi deyil, həm də tarixi, elmi, iqtisadi baxımdan mühüm mesajlar ehtiva etmişdir.

Buna görə də, rusiyalı senatorun səsləndirdiyi qərəzli və əsassız şərhlər qəbuledilməzdir. Daha məqsədəuyğun olardı ki, bu kimi yersiz açıqlamalardan çəkinilsin və mövcud həssas dövrdə münasibətlərin süni şəkildə gərginləşdirilməsinə yol verilməsin”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Avqust 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri