Peru Konqresi Müstəqillik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 28 may, AZƏRTAC
Peru Konqresində fəaliyyət göstərən Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin təşəbbüsü ilə bu ölkənin Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü münasibətilə dünya azərbaycanlılarına ünvanlanan təbrik bəyanatı qəbul edib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Perudakı səfirliyindən məlumat verilib. Bəyanatda Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlara bərabər hüquqlar təmin edən respublika olmaqla, Şərqin ilk demokratik dövləti olduğu vurğulanır. Eyni zamanda, Azərbaycanda bütün dinlərin və etnik qrupların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı qeyd edilir.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikası iqtisadiyyat, enerji, texnologiya, təhsil və sosial sahələrdə mühüm nailiyyətlər əldə edib, hazırda isə Qafqaz regionunda lider mövqeyini daha da möhkəmləndirərək beynəlxalq əlaqələrini genişləndirir.
Bəyanatda, həmçinin Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin 1996-cı ildə qurulduğu və Azərbaycanın Peru üçün mühüm tərəfdaş olduğu vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 28 May 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















