Peruda cüdo üzrə Qran Pri turnirində məşhurlarımız Hidayət Heydərov və olimpiya çempionu Zelim Kotsoyev biabırçı məğlubiyyətlə üzləşiblər
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Peruda cüdo üzrə Qran Pri turnirində məşhurlarımız Hidayət Heydərov və olimpiya çempionu Zelim Kotsoyev biabırçı məğlubiyyətlə üzləşiblər
Perunun paytaxtı Limada cüdo üzrə Qran Pri turnirinə yekun vurulub.
Final günündə Azərbaycan idmançıları daha iki medal qazanıblar. Murad Fətiyev (90 kq) gümüş medal qazanıb. Finala gedən yolda o, Braziliya, Serbiya və İtaliyadan olan rəqiblərini məğlub etdi. Qızıl medal uğrunda mübarizədə Murad braziliyalı Rafael Makedoya uduzub.
100 kq-dan yuxarı çəki dərəcəsində Kənan Nəsibov bürünc medal qazanıb. O, həlledici görüşdə kiprli Cannis Antoniouya qalib gəlib.
Hidayət Heydərovun ilk görüşdə məğlub olan məyus çıxışından sonra həmyerlisi olimpiya çempionu Zelim Kotsoyev (100 kq) da sevindirə bilməyib. Serbiya və Fransadan olan rəqiblərini məğlub etdikdən sonra yarımfinalda finalda turnirin qalibi braziliyalı Giovani Ferreyraya uduzdu, sonra isə bürünc medal uğrunda görüşdə isveçrəli rəqibini məğlub etdi.
Azərbaycan komandası Perudakı çıxışını iki gümüş və beş bürünc olmaqla yeddi medalla başa vurub. Ötən günlərdə Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev (66 kq), Rəşad Yelkiyev (66 kq) və Ömər Rəcəbli (81 kq) medal qazanıblar.
Azərbaycan komandası oktyabrın 17-dən 19-dək daha bir Qran Pri turnirinin keçiriləcəyi Meksikanın Qvadalaxara şəhərinə Limadan yola düşəcək.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 14 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















