Icma.az
close
up
RU
Pərvanə Vəliyeva Nigeriyanın dövlət radiosuna müsahibə verdi

Pərvanə Vəliyeva Nigeriyanın dövlət radiosuna müsahibə verdi

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Nigeriyanın dövlət radiosu “Sobi 101.9 FM İlorin”in qonağı olub, radionun redaktoru və aparıcısı Dare Akoqunun Fransa rəsmilərinin son günlərdə Azərbaycanla bağlı ittihamlarını və qlobal dünyada dekolonizasiya prosesi ilə əlaqədar suallarını cavablandırıb.

Manset.az xəbər verir ki, radioya müsahibəsində P.Vəliyeva bu yaxınlarda əsası Azərbaycanda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Yeni Kaledoniyada Konqresinin keçirildiyinə diqqət çəkib. Onun sözlərinə görə, Fransa rəsmiləri adaların müstəmləkəsizləşdirilməsi prosesini Fransanın daxili işi adlandırır və Bakı Təşəbbüs Qrupunu (BTQ) Fransanın daxili işlərinə qarışmaqda ittiham edir. Ancaq fundamental insan haqları və azadlıq istəyi heç bir ölkənin daxili məsələsi sayıla bilməz və öz ölkələrini demokratiyanın beşiyi adlandıran Fransa rəsmiləri də bunu yaxşı anlayırlar. XXI əsrdə müstəmləkəçiliyə yer yoxdur və bu ərazilərin öz müqəddəratını təyinetmə hüququ BMT-nin dekolonizasiyaya dair qətnamələrinə, xüsusən 1960-cı ildə qəbul edilən 1514 saylı qətnaməyə uyğun olaraq tanınmalıdır. Bu bəyannamə bütün formalarda müstəmləkəçiliyə tez və qeyd-şərtsiz son qoymağa çağırır. 2022-ci ildə qəbul edilən 77/148 saylı Qətnamə isə müstəmləkəsizləşdirmə ilə bağlı məlumatların yayılmasına diqqət yetirir, bu proses haqqında qlobal ictimai rəyin məlumatlandırılmasının vacibliyini vurğulayır. Fransa koloniyalardakı yarıtmaz siyasətini, xalqın haqlı tələblərini dinləmək əvəzinə xarici müdaxilə tezisini ortaya atıb, diqqəti yayındırmaq istəyir. Sanki günahkar dekolonizasiya tələb edən şəxslər və BTQ-dir. Halbuki, BTQ Fransa tərəfini əməkdaşlığa dəvət edir.

Deputat əlavə edib ki, BTQ təkcə Yeni Kaledoniyada deyil, BTQ-dən dəstək istəyən bütün ərazilərdə dekolonizasiya prosesinə yeni nəfəs gətirib. Qlobal bir platforma olaraq, koloniyaların səslərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, onların öz fikirlərini ifadə etmək üçün güclü bir platforma təmin edərək beynəlxalq təşkilatlarda məsələ qaldırır və BMT-nin diqqətini müstəmləkəçilik probleminə yönəltməyə çalışır. Beynəlxalq Dekolonizasiya Cəbhəsi yaradılıb və mübarizə üçün institutlaşma artıq mövcuddur. Beynəlxalq QHT olaraq BTQ bu istiqamətdə fəal şəkildə məşğul olur.

Azərbaycanın XXI əsrdə davam edən müstəmləkəçilikdən və onun yeni təzahürlərindən dərin narahatlıq keçirdiyini bildirən P.Vəliyeva vurğulayıb: “Azərbaycan beynəlxalq ictimaiyyəti iyrənc neo-kolonializm praktikasına göz yummamağa, xüsusilə Fransanın nəzarətində olan ərazilərdə məcburi assimilyasiya siyasətinə qarşı çıxmağa çağırıb və neo-kolonializmə qarşı yeni mübarizə başladıb. Prezident İlham Əliyevin bu mövzunu nüfuzlu beynəlxalq platformalarda mütəmadi olaraq gündəmə gətirməsi, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi məsələsini irəli sürməsi, keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqlar tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində çoxtərəfliliyin dəyərlərini təşviq edib və bu məqsədlə Qoşulmama Hərəkatı Parlament, Gənclər və Qadınlar şəbəkələrinin yaradılmasına təşəbbüs göstərib. Ölkəmiz QH-yə sədrliyi dövründə həm də yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizənin əsas lokomotivi rolunu öz üzərinə götürüb. Məhz sədrliyimiz dövründə Bakı Təşəbbüs Qrupu yaradılıb.

Dünyanın bir çox bölgələrində, o cümlədən Afrikanın keçmiş Fransa müstəmləkələri – Niger, Burkina Faso, Seneqal, Əlcəzair, Tunis, Mali və digər ölkələrdə postkolonial idarəetmə strukturları ilə bağlı problemlər hələ də mövcuddur. Lakin görünən odur ki, son zamanlarda bu ölkələr də suverenlik və dekolonizasiya uğrunda mübarizəni genişləndirmək üçün ciddi qərarlar qəbul edirlər.

Azərbaycan qlobal səviyyədə müstəmləkəçiliyin bütün formalarının azaldılması və aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirəcək. Çünki müstəqillik müstəmləkələrin qanuni haqqıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 30 Yanvar 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri