Icma.az
close
up
RU
Pərviz Şahbazov və Aİ nin komissarı birgə bəyanatla çıxış ediblər

Pərviz Şahbazov və Aİ nin komissarı birgə bəyanatla çıxış ediblər

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər iclası keçirilib.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu mühüm tədbirdə 27 tərəfdaş dövlət, eləcə də 60 qurum və şirkətdən nümayəndələr iştirak edib.

"İclasda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlığa sadiqlik bir daha vurğulanıb. Bu tərəfdaşlıq əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatını, bərpa olunan enerji mənbələrinin təşviqini, enerji səmərəliliyini, hidrogen istehsalını, metan emissiyalarının azaldılmasını və ətraf mühitin qorunmasını əhatə edir.

Nazirlər iclasları çərçivəsində regional enerji bağlantıları, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində prioritetlərin və layihələrin nəzərdən keçirilməsi, eləcə də ümumi çağırışların həlli və əlaqəliliyin gücləndirilməsi üçün növbəti addımların müəyyənləşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları və Aİ şirkətlərinin iştirakı ilə Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya Dəyirmi Masası keçirilib.

Cənub Qaz Dəhlizi (CQD)

Cənub Qaz Dəhlizi Məşvərət Şurası dəhlizin Azərbaycan qazını artan sayda istehlakçıya etibarlı və rəqabətli şəkildə çatdıran ötürmə sistemi kimi mühüm rolunu xüsusi vurğulayıb. Regional tərəfdaşlar dəhlizin ardıcıl beşinci ildir uğurla fəaliyyət göstərdiyini qeyd edərək bunun Aİ-nin enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verdiyini bildiriblər. 2025-ci ildə Azərbaycan və SOCAR tərəfindən Aİ üzv dövlətlərinə 12,5 milyard kubmetr təbii qaz tədarük edilmişdir ki, bu da 2021-ci illə müqayisədə 53,8 faiz artım deməkdir.

Məşvərət Şurasında qaz hasilatı və ötürmə infrastrukturu sahəsində baş verən cari dəyişikliklər, eləcə də qarşıdakı illərdə tədarükün daha da artırılması baxımından maliyyələşdirmə və investisiya tələbləri və şərtləri müzakirə olunub. İclasda, həmçinin metan emissiyalarının azaldılması və qarşısının alınmasına dəstək verən Qlobal Metan Vədi və “Neft-Qaz Metan Tərəfdaşlığı 2.0” (OGMP 2.0) kimi təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

"Yaşıl enerji"

Beynəlxalq Enerji Agentliyi (BEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən aparılan qiymətləndirmələrə əsasən, elektrikləşməyə daha sürətli keçid və elektrik şəbəkələrinə, eləcə də enerji saxlanma sistemlərinə investisiyaların artırılması təmin edilməzsə, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əldə olunan irəliləyişlər 2030-cu ilədək və sonrakı dövrdə tələb olunan emissiya azalmalarına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və xərclərə qənaətə tam şəkildə gətirib çıxarmayacaqdır. Azərbaycan və Avropa Komissiyası qlobal elektrikləşmə gündəliyinin irəli aparılmasına hazır olduqlarını təsdiqləyib, "Qlobal Enerji Keçidləri Forumu"nun COP31 kontekstində həyata keçirdiyi təşəbbüsləri alqışlayıblar.

İştirakçılar Türkiyədə baş tutacaq COP31 tədbiri ərəfəsində enerji sistemlərinin çevikliyi, sərhədlərarası interkonnektorlar və enerji keçidini mümkün edən normativ-hüquqi mexanizmlər üzrə sıx əməkdaşlığın davam etdirilməsi niyyətini müsbət qarşılayıblar.

Energetika naziri Pərviz Şahbazov bildirib: “Elektrik enerjisinə artan tələbat fonunda təbii qazın çevik və əsas strateji enerji mənbələrindən biri kimi inkişafının, eləcə də Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı kritik rolun əhəmiyyətini bir daha təsdiqlədik. Azərbaycan və Mərkəzi Asiyanın zəngin bərpa olunan enerji potensialını vahid sistemdə birləşdirərək Avropa ilə inteqrasiya olunmuş, şaxələndirilmiş və uzunmüddətli enerji təhlükəsizliyinə xidmət edən regionlararası yaşıl enerji dəhlizi və interkonnektorları üzrə əməkdaşlığımızı strateji gündəliyimizin prioritet istiqamətlərindən biri kimi təsbit etdik. Azərbaycan etibarlı tərəfdaş missiyasını təkcə təbii qazla deyil, həm də “yaşıl enerji” ilə genişləndirməkdən məmnundur.

Komissar Dan Yorqensen deyib: "Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel olaraq inkişaf edir. Bu gün biz qaz tədarükünün təmin edilməsindən və metan emissiyalarının azaldılmasından elektrik şəbəkələrinin modernləşdirilməsinə və bərpa olunan enerji mənbələrinin genişləndirilməsinə qədər bütün enerji spektri üzrə əməkdaşlığı gücləndirdik. Azərbaycan və bütövlükdə region bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və regional əlaqələr sahəsində gələcək əməkdaşlıq üçün böyük potensiala malikdir. Cənubi Qafqaz ekoloji cəhətdən təmiz texnologiyalar və infrastrukturun inkişafı mərkəzinə çevrilə bilər. Avropa şirkətləri öz texnologiyaları, investisiyaları və təcrübələri ilə töhfə verməyə maraqlıdırlar. Hökumətlər, maliyyə qurumları və özəl sektorla əməkdaşlıq edərək bu vizyonu gerçəkləşdirə bilərik", - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Mart 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri