Icma.az
close
up
RU
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi necə müəyyən olunacaq?

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi necə müəyyən olunacaq?

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 may, AZƏRTAC

Nazirlər Kabinetinin 2026-cı il 21 may tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydası” bu sahədə qabaqcıl beynəlxalq təcrübə və innovativ həllərin tətbiqi əsasında, vətəndaş yönümlü yeni və təkmil qiymətləndirmə mexanizminin tətbiqinə imkan verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Qaydaya əsasən, eyni xəstəlik və ya xəsarətə görə müxtəlif peşə sahiblərinə, müxtəlif yaş qruplarına fərqli peşə əmək qabiliyyətinin itirilməsi faizi təyin ediləcək və bu da qeyd edilən sahədə daha ədalətli yanaşmanı göstərir.

İndiyədək bu sahədə qanunvericiliklə meyarlar mövcud deyildi. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən akt və ya məhkəmənin qərarı, habelə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edilirdi. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini müəyyən edirdi.

Bu proses “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.10-cu bəndinə əsasən icra olunurdu. Yeni Qayda artıq bu prosedurun vahid normativ sənədlə tənzimlənməsinə və e-sistemlər üzərindən daha çevik və sistemli, şəffaf şəkildə həyata keçirilməsinə imkan verir.

Bu Qaydaya əsasən, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin qiymətləndirilməsi

-orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti,

-peşələrin (vəzifələrin) ağırlıq dərəcəsi,

-orqanizmin funksiyalarının pozulması faizinin peşələr üzrə təzahür dərəcəsi

-zərər çəkmiş sığorta olunanın yaşı nəzərə alınaraq həyata keçirəcəkdir.

Yeni mexanizmə əsasən:

• Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi sığortalı və (və ya) sığortaçının “Əmək və Məşğulluq” altsistemində (ƏMAS), sığorta olunanın isə “e-sosial” internet portalında olan şəxsi kabineti vasitəsilə etdiyi müraciət (və ya məhkəmə qərarı) üzrə göndəriş (Forma 88) əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir;

• Agentlik göndərişin “Əlillik” altsisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində qiymətləndirmənin aparılacağı tarix və yer barədə bu e-sistem üzərindən sığorta olunana, sığortalı və (və ya) sığortaçıya məlumat göndərir;

• Qiymətləndirməni Agentliyin Tibbi-sosial ekspert komissiyası həyata keçirir və peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi zamanı sığortalının və (və ya) sığortaçının səlahiyyətli nümayəndəsinin iştirakını təmin edir;

• Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilkin olaraq müəyyən edilən zaman xəstəlik və ya zədə, habelə zədə ilə əlaqədar çatışmazlığın səbəb əlaqəsini təsdiq edən sənədlər əsasında və orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi, müddəti, peşələrin ağırlıq dərəcəsi, orqanizmin funksiyalarının pozulması faizinin peşələr üzrə təzahür dərəcəsi, zərər çəkmiş sığortaolunanın yaşı nəzərə alınaraq qiymətləndirilmə aparılır.

Qeyd edək ki, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi müddətli müəyyən olunduqda müddətin bitməsindən sonra xəstəlik, zədə və çatışmazlığın davam etməsi halında bu dərəcə təkrar qiymətləndiriləcək.

Bu dərəcənin müəyyən edilməsinə əsas verən iki fərqli xəstəlik, zədə və çatışmazlıq olduqda, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha yüksək faizlə müəyyən olunacaq.

Komissiya sığorta olunanın əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, reabilitasiya vasitələrinə və s.) ehtiyacı olub-olmadığını da müəyyənləşdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2026 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri