Icma.az
close
up
RU
Peşə müəssisələri süni intellekti tədris etməlidir Rövşən Nəcəf

Peşə müəssisələri süni intellekti tədris etməlidir Rövşən Nəcəf

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ənənəvi bacarıqları qorumalı, dəyişən şəraitə uyğunlaşmağı öyrənməliyik”.

Modern.az xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı qeyd edib.

Rövşən Nəcəf bildirib ki, sürətlə dəyişən texnologiyalar fonunda əsas bacarıqlardan biri müxtəlif situasiyalara uyğunlaşmaq və yanaşmanı dəyişə bilməkdir:

“Məsələn, kibertəhlükəsizlik mövzusuna baxsaq, hərbçilərin xidmət zamanı bəzi tətbiqlərdən istifadə etməsi onların yerləşdiyi məkanın müəyyən edilməsinə səbəb ola bilirdi. Bu, əvvəllər çoxlarının diqqət yetirmədiyi məsələlərdən biri idi. Bu baxımdan, istər peşə təhsilində, istərsə də digər təhsil səviyyələrində əsas bacarıqların nələr olduğuna diqqət yetirməliyik. Düşünürəm ki, burada ən vacib bacarıqlardan biri müxtəlif şəraitlərə uyğunlaşmaq və situasiyadan asılı olaraq davranışını dəyişə bilməkdir. Buna dəqiq cavab vermək çətindir. Çünki avtomatlaşdırma, robototexnika və süni intellekt sürətlə inkişaf edir. Eyni zamanda, bu texnologiyaların gələcəyi ilə bağlı müxtəlif müzakirələr də aparılır. Məsələn, süni intellektin müəyyən hallarda dayandırılması ilə bağlı ssenarilər gündəmə gəlir.

O avtomatlaşdırma, süni intellekt və yeni texnologiyalarla işləməklə yanaşı, gələcəkdə müəyyən səbəbdən bu imkanlar əlçatan olmadıqda işin necə davam etdirəcəyini bilməli olduğunu deyib.

“Bu isə o deməkdir ki, ənənəvi bacarıqlar hələ də aktuallığını qoruyur. Çünki gələcəkdə hansı vəziyyətlə qarşılaşacağımızı dəqiq bilmirik. Rəhbər, top-menecer, dövlət və ya özəl sektorda çalışan şəxs kimi hər zaman alternativ planlarımız olmalıdır: Plan A, Plan B, Plan C. Nə isə yolunda getmədikdə nə edəcəyik? Hansısa sistem işləmədikdə nəyə hazır olmalıyıq? Bu baxımdan düşünürəm ki, insanlarda situasiyadan asılı olaraq düşüncə tərzini və yanaşmasını dəyişmək, yeni şəraitə uyğunlaşmaq bacarığını inkişaf etdirməliyik. Bacarıqlardan danışarkən, eyni insanların həm süni intellekt və robototexnika ilə, həm də bu texnologiyalar olmadan işləyə bilməsi vacibdir. Yəni insanlar dəyişən situasiyaya uyğunlaşmağı bacarmalıdırlar.

“Gələcəkdə nə olacaq?” sualına isə dəqiq cavab vermək çətindir. Çünki süni intellekt sahəsində çalışan aparıcı gənclər və mütəxəssislər belə bu barədə konkret proqnoz verə bilmirlər. Bu mənada, peşə təhsili müəssisələri üçün vacib məqamlardan biri süni intellekt, robototexnika və digər yeni texnologiyalarla bağlı bacarıqları tədrisə əlavə etməklə yanaşı, ənənəvi bacarıqları da qorumaqdır. Bununla yanaşı, öyrətmək bacarığı da inkişaf etdirilməlidir.

Çünki gələcəkdə Plan C və ya Plan D-yə ehtiyac yarandıqda hər hansı peşəni bilən insanlar öz bacarıqlarını başqalarına da ötürə bilməlidirlər. Bəşəriyyət tarixində həmişə yüksək istedadlı insanlar olub, lakin onların hamısı yaxşı müəllim olmayıb. Bəzi insanlar öz bilik və bacarıqlarını növbəti nəslə ötürməkdə çətinlik çəkiblər. Bu məkanın təqdimatı zamanı onun infrastruktur və innovasiya məkanı olduğu vurğulandı. Ümid edirəm ki, bura ilk növbədə mövcud çərçivələri aşmağa, sərhədlərdən kənara çıxmağa və innovativ ideyalarla gəlməyə hazır olan zəkalar və ruhlar üçün bir ev olacaq”.

Rövşən Nəcəf

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri