Peşə təhsili alanların NƏZƏRİNƏ
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olaraq “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər.
Müraciətlərin qəbulu sentyabrın 10-u saat 18:00-da başa çatacaq.
Qeyd olunub ki, təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər, müəyyən istisnalar nəzərə alınmaqla, təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
İlk peşə təhsili səviyyəsi üzrə tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir. Texniki peşə təhsili səviyyəsində isə tədris ilinin birinci kursunu başa vurmayan tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişməsi mümkün deyil.
Peşə təhsili müəssisələrində ixtisasın dəyişdirilməsi və bərpa prosesi Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na əsasən eyni ixtisas qrupu daxilində həyata keçirilir.
Müraciətçilər nəticələri barədə məlumatı müraciətlərin qəbulu başa çatdıqdan sonra 15 gün ərzində şəxsi kabinetləri vasitəsilə əldə edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 04 Sentyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















