Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Peşə təhsili müəssisələri və tərəfdaş şirkətlər birgə əməkdaşlığa başlayır

Peşə təhsili müəssisələri və tərəfdaş şirkətlər birgə əməkdaşlığa başlayır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da əmək bazarının tələblərinə uyğun kadr hazırlığını dəstəkləmək məqsədilə “Code Academy” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, “CASA”və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İMZA Group və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında yeni əməkdaşlıqların əsasını qoyan anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi peşə təhsilində müasir yanaşmaların tətbiqi, davamlı tərəfdaşlığın möhkəmləndirilməsi və tələbələrin həm yerli, həm də beynəlxalq əmək bazarına hazırlanmasıdır. Memorandum çərçivəsində birgə təhsil proqramlarının həyata keçirilməsi və tələbələr üçün praktik təcrübə imkanlarının yaradılması nəzərdə tutulur.

“Code Academy” ilə birgə həyata keçiriləcək proqram 1 illik ikili diplom modelinə əsaslanır. Proqram çərçivəsində tələbələr həm Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dövlət nümunəli diplomunu, həm də beynəlxalq sertifikasiyaya uyğun “Code Academy” diplomunu əldə edəcəklər. Tədris proqramına əmək bazarının tələblərinə uyğun yeni ixtisaslar – qrafik dizayn və vizual kommunikasiyalar, süni intellektə əsaslanan veb-dizayn və proqramlaşdırma, eləcə də informasiya texnologiyaları və təhlükəsizlik daxildir. Bu proqram beynəlxalq standartlara əsaslanan müasir tədris, tələbə təhsil krediti imkanları, real iş təcrübəsi və karyera dəstəyi ilə fərqlənir.

“CASA” ilə birgə həyata keçirilən proqram kulinariya sahəsində peşəkar təlimi əhatə edir. Proqramı uğurla başa vuran məzunlar zəmanətli işlə təmin olunacaq və aparıcı brendlərlə əməkdaşlıq edərək yüksək maaşlı karyera imkanı əldə edəcəklər. Həmçinin tələbələr real iş mühitində təcrübə qazanaraq peşəkar şəbəkəyə çıxış əldə edəcəklər.

“İMZA Group ilə birgə həyata keçiriləcək ACCA F3 Mühasibatlıq Proqramı isə 3 il müddətinə nəzərdə tutulub. Proqramı tamamlayan tələbələr F3 (Financial Accounting), F7 (Financial Reporting) və F9 (Financial Management) kimi beynəlxalq ACCA sertifikatlarına yiyələnəcəklər. Bu sertifikatlar tələbələrə yüksək maaş potensialı olan peşələrə çıxış, beynəlxalq səviyyədə tanınma və qlobal karyera imkanları qazandıracaq.

Mərasim çərçivəsində iştirakçılar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin imkanları ilə yaxından tanış olmaq üçün infoturda iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see451

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see356

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see353

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see310

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see294

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see269

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see268

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see267

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see265

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see143

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see142

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see134

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see132

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see127

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see121

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see120

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see119

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri