Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsahibəsinə başlanılıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 avqust, AZƏRTAC
2025/2026-cı tədris ili üçün peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, test imtahanı vermiş 1920 nəfərdən 754-ü müsahibə mərhələsinə keçib. Müsahibələr Bakı, Bərdə, Cəlilabad, Qəbələ və Naxçıvan şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təşkil edilir.
Qeyd edək ki, ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu üzrə test imtahanında hər bir vakansiya üzrə 40 və daha çox bal toplayan namizədlər müsahibədə iştirak etmək hüququ qazanıblar. Namizədlərə müsahibə nəticələri haqqında məlumat şəxsi kabinet vasitəsilə veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 29 Avqust 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















