Icma.az
close
up
RU
Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyinatı olub.

Nazirlikdən XQ-yə verilən məlumata görə, bu vəzifəyə təyin olunan İlqar Bayramlı 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1997–2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb. Bu dövrdə iqtisadi qərarların modelləşdirilməsi, statistik təhlil və riyazi əsaslandırma sahəsində dərin biliklər əldə edib.

Əmək fəaliyyətinə 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, daha sonra baş müəllim vəzifəsində çalışıb. Müxtəlif illərdə “Neftçi” Peşəkar Futbol Klubu MMC-də Maliyyə şöbəsinin rəisi, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrində fəaliyyət göstərib. Bu dövrdə iri təşkilatlarda maliyyə intizamının qurulması, strateji planlaşdırma, xərclərin optimallaşdırılması, investisiya qərarlarının əsaslandırılması və institusional dayanıqlığın təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edib.

Sonrakı mərhələdə 2020-2022-ci illərdə “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri, “AzGranata” MMC-də Maliyyə departamentinin rəhbəri, eyni zamanda İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb. Bu vəzifələrdə həm maliyyə, həm də icraedici idarəetmə funksiyalarını paralel şəkildə həyata keçirib, strateji qərarların qəbulu və iri kollektivlərin idarə olunması sahəsində təcrübəsini daha da genişləndirib.

2022–2025-ci illərdə Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, daha sonra şöbə müdiri vəzifələrində çalışıb. Bu dövrdə dövlət təhsil siyasətinin iqtisadi əsaslarının formalaşdırılmasında, təhsil sistemində maliyyə mexanizmlərinin təkmilləşdirilməsində, resursların səmərəli bölgüsündə və strateji sənədlərin hazırlanmasında birbaşa iştirak edib.

2025-ci ilin sentyabr–dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bu vəzifədə təhsilin inkişafı üçün innovativ və alternativ maliyyə alətlərinin tətbiqi, layihə əsaslı yanaşmaların təşviqi və dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi istiqamətində təşəbbüslərə rəhbərlik edib.

N.Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri