Icma.az
close
up
RU
Peşə təhsili üzrə təhsil krediti: Əmək bazarına necə təsir edəcək?

Peşə təhsili üzrə təhsil krediti: Əmək bazarına necə təsir edəcək?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Gələn ildən ilkin peşə təhsili üzrə də təhsil tələbə krediti veriləcək”.

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı qanunvericilik layihəsi artıq hazırdır və təsdiq üçün aidiyyəti üzrə təqdim edilib.

Yeni mexanizm peşə təhsilinin daha əlçatan olmasını hədəfləyir. Belə ki, 2 il müddətində peşə təhsili alaraq əmək bazarına tez daxil olan şəxslər, məsələn, avtomobil ustaları və digər texniki ixtisas sahibləri 4 illik bakalavr təhsili alan mühəndislərlə müqayisədə kredit öhdəliklərini daha qısa müddətdə ödəmək imkanına malik olacaqlar. Bu isə peşə təhsilinə marağı artırmaqla yanaşı, daha çox ixtisaslı kadr hazırlığını da sürətləndirə bilər.

Bu təşəbbüs gənclərin iş bazarına uyğun peşələrə yönəlməsini təmin edə bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, ilkin peşə təhsili üzrə təhsil tələbə kreditinin tətbiqi, prinsip etibarı ilə peşə təhsilinə münasibətdə formalaşmış bəzi sosial və psixoloji baryerlərin aradan qaldırılması baxımından mühüm addımdır:

“Uzun illər peşə təhsili daha çox alternativ yol kimi qəbul edilib və bu sahəyə marağın azalmasının əsas səbəblərindən biri də maddi imkanların məhdudluğu, valideynlərin və gənclərin bu təhsil pilləsini “çıxışsız seçim” kimi görməsi olub.

Kredit mexanizminin tətbiqi göstərir ki, dövlət peşə təhsilini ali təhsildən aşağı səviyyəli deyil, əmək bazarı üçün strateji əhəmiyyət daşıyan istiqamət kimi qəbul edir və bu yanaşma ictimai rəyə də tədricən təsir göstərə bilər.

Lakin təkcə kredit imkanının yaradılması peşə təhsilinə marağın avtomatik artacağı anlamına gəlmir. Kredit təhsil haqqı üçün ödənilən maliyyə aləti olduğuna görə, əsas məsələ gəncin bu borcu gələcəkdə hansı imkanlarla geri qaytara biləcəyidir.

Əgər peşə təhsili alan məzun real məşğulluq, stabil gəlir və karyera perspektivi görmürsə, o zaman kredit onun üçün təşviqedici deyil, əksinə risk kimi qəbul edilə bilər. 

Bu baxımdan, kredit mexanizmi əmək bazarı ilə uzlaşdırılmış peşə proqramları, real sektorla əməkdaşlıq və məzunların işlə təminatı mexanizmləri ilə paralel tətbiq olunmalıdır”.

Onun sözlərinə görə, digər tərəfdən, düzgün modelləşdirilmiş kredit sistemi gənclərin daha şüurlu seçim etməsinə də təsir göstərə bilər:

“Əgər kredit şərtləri əmək bazarında tələbat olan peşələr üzrə daha əlçatan, güzəştli və ya geriödəmə baxımından daha rahat olarsa, bu, tələbələri məhz həmin istiqamətlərə yönəldə bilər. Bu zaman kredit sadəcə maliyyə aləti deyil, eyni zamanda dövlətin kadr siyasətini formalaşdıran tənzimləyici mexanizmə çevrilə bilər”.

Ekspert qeyd edib ki, ilkin peşə təhsili üzrə tələbə kreditinin verilməsi doğru və vaxtında atılmış addımdır:

“Lakin bu mexanizmin effektivliyi onun necə tətbiq olunacağından asılı olacaq. Kredit peşə təhsilinin keyfiyyəti, məzunların məşğulluq imkanları və əmək bazarının real ehtiyacları ilə uzlaşdırılarsa, həm peşə təhsilinə marağın artmasına, həm də gənclərin daha rasional və bazara uyğun peşə seçiminə ciddi töhfə verə bilər.

Əks halda isə bu təşəbbüs gözləntiləri tam doğrultmaya bilər və yalnız formal dəstək mexanizmi kimi qalma riski daşıyır”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: təhsil krediti Əmrah Həsənli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri