Peşə təhsilində qadınların üstünlük təşkil etdiyi ixtisasların adları açıqlanıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lənkəran, 3 aprel, AZƏRTAC
Peşə təhsili sahəsində dayə ixtisasında qadınların payı 100 faizdir. Laborant-mikrobioloq ixtisasında bu göstərici 92 faiz, moda dizaynı və geyim üzrə dizayner ixtisaslarında isə 91 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur zamanı deyib.
Nazir müavini bildirib ki, saç kəsimi və gözəllik sahəsində qadınların payı 90 faiz, qənnadıçı və şirniyyatçı ixtisaslarında 89 faizdir: “Eyni zamanda, kargüzarlıq və ofis ixtisaslarında qadınların payı 83 faiz, interyer dizaynında 81 faiz, dərzi ixtisasında isə 79 faiz təşkil edir.
Digər sahələrdə də qadınların üstünlüyü müşahidə olunur. Sığorta işçisi ixtisasında qadınların payı 71 faiz, qrafik dizayner ixtisasında 65 faiz, veb-dizayn və proqram təminatı sahəsində isə 60 faizdir”.
Müxbir - Aysel Azadqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 03 Aprel 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















