Peşə təhsilindən işə: ADY 11 məzunu işə götürdü
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Azərbaycan Dəmir Yolları ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən elektrik qatarının maşinist köməkçisi hazırlığı proqramı uğurla başa çatıb.
Redaktor.az xəbər verir ki, proqram çərçivəsində maşinist ixtisası üzrə təhsil alan tələbələr arasından seçim əsasında qrup formalaşdırılıb. ADY-nin peşəkar əməkdaşları tərəfindən keçirilən nəzəri və praktiki təlimləri uğurla başa vuran iştirakçılar maşinist köməkçisi vəsiqəsi almaq üçün müsabiqədə iştirak ediblər.
Müsabiqənin nəticələrinə əsasən, 11 namizəd ADY-də işə qəbul olunub. Yeni əmək fəaliyyətinə başlayacaq namizədlərlə görüş keçirilib, onlara maşinist köməkçisi vəsiqələri təqdim olunub. Yeni əməkdaşları ADY kollektivinə qoşulmaları münasibətilə təbrik ediblər.
Qeyd edək ki, ADY ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında imzalanmış memorandum çərçivəsində mərkəzin tələbələri hər il ADY-də istehsalat təcrübəsi keçirlər. Təcrübə müddətində tələbələrin bilik və bacarıqları qiymətləndirilir, uğurlu nəticə göstərən məzunlar isə mövcud vakant vəzifələr üzrə işlə təmin olunurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 04 Avqust 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















