Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşib Yeni Gündəm
Yenigundem portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Peşəkar Çövkən Liqasında mövsümə yekun vurulub.
“Yeni Gundem” xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində son turun oyunları, 3-cü yer və çempionluğu müəyyən edəcək həlledici qarşılaşmalar baş tutub.
Günün ilk görüşündə “Elit” komandası “Şirvan”ı 5-0 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmalarda “Omar” “Qarabağ”ı 7, “Zəfər” “Ağstafa Dilbaz”ı 5, “Polad” “Köhlən”i 12 cavabsız qolla üstələyib.
Günün son, mövsümün isə final matçında “Sərhədçi” “Embavud” üzərində 13-0 hesablı qələbə qazanaraq çempionluq tituluna yiyələnib.
18 tur ərzində keçirilmiş ümumilikdə 90 oyunda əldə edilən nəticələrə əsasən, Peşəkar Çövkən Liqasını “Sərhədçi” birinci, “Polad” ikinci, “Zəfər” isə üçüncü pillədə başa vurub.
Qeyd edək ki, dekabrın 14-24-də çövkən üzrə ənənəvi Prezident Kuboku keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 07 Dekabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















