Peşəkar həkimlər işlə təmin olunmurlar Deputat şikayətləndi
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda peşəkar həkimlər işlə təmin olunmur.
Modern.az xəbər verir ki, bunu deputat Azər Badamov Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, müəyyən səbəblərə görə, qonşu ölkələrdən pənah gətirən və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır.
“Çünki ixtisas diplomları tanınması üçün Səhiyyə Nazirliyinə təqdim ediləndə, klinik ordinatura pilləsinin bizim təhsil sistemimizlə uyğun gəlmədiyi bildirilir. Bir tərəfdən Azərbaycanda həkim çatışmazlığı var, digər tərəfdən isə hazır gəlmiş peşəkar həkimlər işlə təmin oluna bilmirlər”.
Azər Badamov təklif edib ki, həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsi imtahanla yoxlanılsın və diplomları tanınsın:
“Həmin həkimlərin ixtisasları klinik ordinatura səviyyəsində olduğuna görə işləməyə icazə verilmir və 8 il təhsil almış şəxsdən həkim işləməsi üçün yenidən 5 il oxumaq tələb olunur. Halbuki onların 2 il ordinatura təhsili var. Onlar rezidenturada 2 illik ordinatura proqramını təkrarən oxumalı olurlar. Bu da eyni fənlərin təkrarlanması və əlavə illərin itirilməsi deməkdir”.
Baxış sayı:90
Bu xəbər 13 Mart 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















