“Peşəkar insanlara salam deyirəm” Vəzifədən azad olunan Fuad Nəcəfli
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vəzifəsindən azad olunub.
Bakupost.az xəbər verir ki, prezidentin sabiq nümayəndəsi “Teleqraf”a açıqlamasında işdən çıxarılmasından danışıb.
“Nəinki Naxçıvan, mən bütöv Azərbaycanımızın vurğunuyam. Bir canım var, o da bu vətənə qurban olsun. Allah cənab Prezidentimizin canını sağ etsin, onu qorusun.
Sizin peşə yolunuz şərəfli yoldur. Araşdırma etmək mümkündür və bu, sizin hüququnuzdur. Mənim nəyləsə bağlı açıqlama verməyim subyektiv olar. Siz isə obyektiv olmalısınız. Bütün peşəkar insanlara salam deyirəm”.
O, Naxçıvandan Bakıya qayıdan zaman təyyarədə çəkilərək sosial şəbəkələrdə yayılan fotosundan da danışıb: “Naxçıvana uçan təyyarələrin “biznes klass”ı olmur. Bir salon olur və fotoda mən gözləmə zalında deyil, təyyarədəyəm”.
Qeyd edək ki, Fuad Nəcəfli sözügedən vəzifəyə 2022-ci ilin dekabrında təyin olunmuşdu.
Bu mövzuda digər xəbərlər:Fuad Nəcəfli vəzifədən azad olunmasından danışdı
13 Noyabr 2025 14:03
Vəzifədən azad edilən Fuad Nəcəfli ilk dəfə danışdı
13 Noyabr 2025 15:12
FUAD NƏCƏFLİ VƏZİFƏDƏN ÇIXARILDI Prezident nazirə yüksək vəzifə verdi
12 Noyabr 2025 13:11
Fuad Nəcəfli Bakıya qayıtdı Foto
13 Noyabr 2025 11:40
Fuad Nəcəfli: Naxçıvanda yerli gəlirlər artıb
30 May 2025 11:28
Baxış sayı:91
Bu xəbər 13 Noyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















